Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Fərmanlar

Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydalarının təsdiq edilməsi barədə [1]

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).[2]

2. Bu Fərman 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 3 sentyabr 2001-ci il
№ 568


Azərbaycan Respublikası Prezidentinin 2001-ci
il 3 sentyabr tarixli 568 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR


Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması

QAYDALARI [3]



1. Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir.[4]

2. Dövlət qulluğuna qəbul edilmək məqsədi ilə müsabiqədə iştirak etmək istəyən şəxsin sənədləri qəbul edildikdən sonra üç iş günü müddətində Mərkəz aşağıdakı orqanlara sorğular göndərir:

2.1. şəxsin fəaliyyət qabiliyyətinə malik olmaması, məhdud fəaliyyət qabiliyyətinə malik olması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olub-olmamasını yoxlamaq üçün müvafiq məhkəməyə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə;[5]

2.2. şəxsin ödənilməmiş və ya götürülməmiş məhkumluğunun olub-olmamasını yoxlamaq üçün Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinə;[6]

2.3. şəxsin bilavasitə tabeliyində və ya nəzarəti altında qulluq keçəcəyi vəzifəli şəxslə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduğunu yoxlamaq üçün müvafiq dövlət orqanlarına;[7]

2.4. qanunla nəzərdə tutulmuş hallarda şəxsin əvvəllər məhkum olunduğunu, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilib-verilməməsini yoxlamaq üçün Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinə;

2.5. şəxsin dini xadim olub-olmamasını yoxlamaq üçün Qafqaz Müsəlmanları Ruhani idarəsinə və Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə;

2.6. qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatları yoxlamaq məqsədi ilə müvafiq orqanlara.

3. Mərkəzin sorğularına dövlət qulluğuna qəbul edilmək istəyən şəxs tərəfindən əl ilə doldurulmuş və imzalanmış kadrlar uçotunun şəxsi vərəqəsi əlavə edilir.[8]

4. Göndərilmiş sorğulara müvafiq orqanlar tərəfindən beş iş günü müddətində yoxlama aparılır və sorğunu göndərən Mərkəzə müvafiq qaydada rəsmi cavab verilir. Kadrlar uçotunun şəxsi vərəqəsində soyadı, adı, atasının adı, doğulduğu tarix, yaxın qohumlarının siyahısı, məhkəmə məsuliyyətinə cəlb olub-olmamasını və s. məlumatlar əks etdirilməlidir.

5. Yoxlamanın qaydası qanunvericiliklə müəyyən edilir. Şəxsi (ailə) həyatın təfsilatı yoxlanmamalıdır.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

  1. 4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
  2. 28 dekabr 2005-ci il tarixli 342 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
  3. 28 sentyabr 2007-ci il tarixli 635 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 873)
  4. 24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Fərmanın adında və 1-ci bəndində "İcra hakimiyyəti" sözləri "Dövlət" sözü ilə əvəz edilmişdir.

[2] 24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə Fərmanın adında və 1-ci bəndində “orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin” sözləri “orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin” sözləri ilə əvəz edilmişdir.

[3] 4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Qaydaların adında və 1-ci bəndində "İcra hakimiyyəti" sözləri "Dövlət" sözü ilə əvəz edilmişdir.

[4] 24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə “Dövlət orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları”nın adında və 1-ci bəndində “orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin” sözləri “orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin” sözləri ilə əvəz edilmişdir.

28 dekabr 2005-ci il tarixli 342 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1-ci bənddə "müvafiq dövlət qulluğunu idarəetmə orqanı" sözləri "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya (bundan sonra - Komissiya)" sözləri ilə əvəz edilmişdir.

[5] 24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə “Dövlət orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları”nın 2.1-ci bənd aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
şəxsin fəaliyyət qabiliyyətinə malik olması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması barədə məhkəmə qərarının olub-olmamasını yoxlamaq üçün müvafiq məhkəməyə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə;

[6] 24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə “Dövlət orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları”nın 2.2-ci bənddə “müəyyən müddətə dövlət vəzifəsi tutmaq hüququndan məhrum edilməsinin məhkəmə qərarı ilə təsdiq edilib-edilməməsini” sözləri “ödənilməmiş və ya götürülməmiş məhkumluğunun olub-olmamasını” sözləri ilə əvəz edilmişdir.

[7] 24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə “Dövlət orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları”nın 2.3-cü bənddə “işləyəcəyi” sözü “qulluq keçəcəyi” sözləri ilə əvəz edilmişdir.

[8] 24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə “Dövlət orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları”nın 2-ci və 3-cü bəndlərdə “girmək” sözü “qəbul edilmək” sözləri ilə əvəz edilmişdir.

[9] 28 sentyabr 2007-ci il tarixli 635 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 873) ilə "Dövlət orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları"nın 4-cü bəndinin üçüncü cümləsi çıxarılmışdır.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 4
Bu gün: 12
Bu ay: 12
Ümumi: 655418

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.