Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Fərmanlar

Dövlət orqanlarında dövlət qulluqçuları barəsində tətbiq olunmuş intizam tənbehi tədbirlərindən şikayət verilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. Dövlət orqanlarında dövlət qulluqçuları barəsində tətbiq olunmuş intizam tənbehi tədbirlərindən şikayət verilməsi qaydası haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 3 sentyabr 2001-ci il
№ 571


Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 3 sentyabr tarixli 571 nömrəli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR


Dövlət orqanlarında dövlət qulluqçuları barəsində tətbiq olunmuş intizam tənbehi tədbirlərindən şikayət verilməsi qaydası haqqında

ƏSASNAMƏ

1. Bu Əsasnamə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmış və dövlət orqanlarında dövlət qulluqçuları barəsində tətbiq olunmuş intizam tənbehi tədbirlərindən şikayət verilməsi ilə əlaqədar yaranmış məsələləri tənzimləyir.

2. Hər bir dövlət qulluqçusunun ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsinə və yaxud lazımi şəkildə yerinə yetirilməməsinə, həmçinin «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə barəsində tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət vermək hüququ vardır.

3. Tətbiq olunmuş intizam tənbeh tədbirinin ləğv edilməsi üçün dövlət qulluqçusu 7 gün ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyaya (bundan sonra-Komissiya) şikayət verə bilər. Dövlət qulluqçusunun xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

4. Şikayətlər Komissiyanın rəhbərinə yazılı şəkildə təqdim edilir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

4.1. əmək kitabçasından çıxarış;

4.2. intizam tənbehinin verilməsi haqqında əmrin surəti;

4.3. intizam tənbehi verilməzdən əvvəl dövlət qulluqçusundan alınmış izahat.

5. Komissiyanın rəhbəri şikayətə rəsmi daxil olduğu gündən sonra 10 gün ərzində baxır.

6. Komissiya tətbiq edilmiş intizam tənbehi tədbirinin ləğvi, yaxud qüvvədə qalması barədə müvafiq qərar qəbul edir.

7. Dövlət qulluqçusu və ya intizam tənbehi tədbirini tətbiq etmiş dövlət orqanının rəhbəri Komissiyanın qərarı ilə razılaşmadıqda bu qərardan 7 gün müddətində Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasına yazılı şəkildə şikayət verə bilər. Şikayətə yuxarı dövlət qulluğunu idarəetmə orqanının qərarı və 4-cü bənddə qeyd edilən digər sənədlər əlavə olunur.

8. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası şikayət rəsmi daxil olduğu gündən sonra 15 gün müddətində şikayətə baxır.

9. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası tətbiq edilmiş intizam tənbehi tədbirini, habelə bu məsələyə dair Komissiyanın qərarının ləğvi, yaxud qüvvədə saxlanması barədə müvafiq qərar qəbul edir. Bu qərarın icrası intizam tənbehi tədbirini tətbiq etmiş dövlət orqanı və Komissiya üçün məcburidir.

10. Şikayət təqdim edilən Komissiyanın və ya Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının tələbi ilə şikayətlə əlaqədar müvafiq dövlət orqanından əlavə sənədlər tələb oluna bilər.

11. Dövlət qulluqçusu Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının qərarı ilə razılaşmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət edə bilər.

12. Dövlət qulluqçusu intizam tənbehi verilərkən qanunvericiliyin tələblərini və onun hüquqlarının pozulduğunu iddia edərsə, Komissiyaya müraciət etmədən birbaşa məhkəməyə müraciət edə bilər.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

  1. 4 avqust 2003-cü il tarixli 912 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441)
  2. 28 dekabr 2005-ci il tarixli 342 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1111)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

4 avqust 2003-cü il tarixli 912 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə Fərmanın adında və 1-ci bəndində "İcra hakimiyyəti" sözləri "Dövlət" sözü ilə əvəz edilmişdir.

4 avqust 2003-cü il tarixli 912 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə Qaydaların adında və 1-ci bəndində "İcra hakimiyyəti" sözləri "Dövlət" sözü ilə əvəz edilmişdir.

28 dekabr 2005-ci il tarixli 342 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1111) ilə 3-cü bənddə «yuxarı dövlət qulluğunu idarəetmə orqanına» sözləri «Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyaya (bundan sonra—Komissiya)» sözləri ilə əvəz edilmişdir.

28 dekabr 2005-ci il tarixli 342 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1111) ilə 4-cü, 7-ci bəndlərdə, 9-cu bəndin birinci cümləsində və 10-cu bənddə «yuxarı dövlət qulluğunu idarəetmə orqanının» sözləri «Komissiyanın» sözü ilə, 5-ci bənddə «Yuxarı dövlət qulluğunu idarəetmə orqanının» sözləri «Komissiyanın» sözü ilə, 6-cı bənddə «Yuxarı dövlət qulluğunu idarəetmə orqanı» və 9-cu bəndin ikinci cümləsində «yuxarı dövlət qulluğunu idarəetmə orqanı» sözləri «Komissiya» sözü ilə və 12-ci bənddə «dövlət qulluğunu idarəetmə orqanlarına» sözləri «Komissiyaya» sözü ilə əvəz edilmişdir.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 3
Bu gün: 3
Bu ay: 3
Ümumi: 655409

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.