Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Fərmanlar

Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki:

2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir;

dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

dövlət qulluqçularının icra etdikləri vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla, xidməti nəqliyyat və ya müvafiq kompensasiya verilən vəzifələrin siyahısını, kompensasiyaların miqdarını və verilmə qaydalarını hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.

bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

HEYDƏR ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2003-cü il
№ 948




"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 10
Bu gün: 8
Bu ay: 8
Ümumi: 655582

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.