Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

HOTEL, MEHMANXANA VƏ RESTORANLAR

«TƏBRİZ» MEHMANXANASI
Mehmanxana Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşir. 13 mərtəbəlidir, 5 ulduz kateqoriyası almışdır. Mehmanxananın qarşısında – Dədə Qorqud meydanında XVIII əsrə aid tarixi-memarlıq abidəsi İsmayılxan hamamı və Dədə Qorqudun heykəli yerləşir.

Otelin həyətində avtomobil dayanacağı vardır. 100 nəfərlik qonaq üçün nəzərdə tutulmuşdur. 95 nömrə fondu vardır. Bunlardan 1-i apartament – kral dairəsi, 22-si lüks, 18-i studiya, 54-ü isə I kateqoriya nömrələrdir. Mehmanxanada qonaqlara poçt və teleqraf xidmətləri, taksi çağırılması, nəqliyyatın müxtəlif növlərinə biletlərin bronlaşdırılması, turist-ekskursiya xidməti və sair göstərilir.

Mehmanxananın zirzəmi hissəsində uşaq oyun otağı, trenajor zal, adi hovuz, cakuzi hovuzu, sauna, Məşədi İbad hamamı, buxar hamamı olan örtülü hovuz kompleksi yerləşir. Burada həmçinin masaj kabinələri və mulyajlar, əl işləri, qədim məişət avadanlıqları və sair daxil olan mini muzey vardır. Mehmanxananın 13-cü mərtəbəsində 74 nəfərlik banket zalı, 2-ci mərtəbədə 450, 1-ci mərtəbədə isə 300 nəfərlik restoran, 2-ci mərtəbədə 60 nəfərlik kafe-bar fəaliyyət göstərir.

Tel.: +994(36) 544-77-01, +994(36) 544-77-02, +994(36)544-77-03


«QRAND-NAXÇIVAN» MEHMANXANASI
Mehmanxana Naxçıvan şəhəri, Nağı Əliyev küçəsi 1 ünvanında yerləşir. Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarətdir. 2001-ci ildə tikilmişdir. 2010-cu ildə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. 84 nəfərlik qonaq üçün nəzərdə tutulmuşdur. Mehmanxanada 32 nömrə vardır. Nömrələrdən 3-ü lüks, 29-u isə 9 nömrə 2 nəfərlik, 20 nömrə 3 nəfərlik olmaqla I kateqoriyadır.

Mehmanxanada qonaqlara poçt və teleqraf xidmətləri, taksi çağırılması, nəqliyyatın müxtəlif növlərinə biletlərin bronlaşdırılması, turist-ekskursiya xidməti və sair göstərilir. Mehmanxananın zirzəmisində 40 nəfərlik kafe-bar, 1-ci mərtəbəsində isə 60 nəfərlik restoran vardır. Binanın həyətində avtomobil dayanacağı var.

Tel.: +994(36) 544-59-32, +994(36) 544-59-30



«GƏNCLİK TİCARƏT MƏRKƏZİ»NİN MEHMANXANASI
Naxçıvan şəhərində, «Gənclik Ticarət və Əyləncə Mərkəzinin III mərtəbəsindədir. 43 nömrədə 132 nəfər qonağı qəbul etmək imkanı var.

Tel.: +994(36) 544-62-15



«DUZDAĞ FİZİOTERAPİYA MƏRKƏZİNİN» HOTELİ
Naxçıvan şəhərindən 14 kilometr məsafədə yerləşir. Mehmanxananın 324 nəfər qonaq tutumu var. Burada həmçinin idman kompleksi, üzgüçülük hovuzu, sauna, 7 ədəd kottec fəaliyyət göstərir.

Tel.: +994(36)544-49-01/h3>

«NƏQŞİCAHAN» MOTEL-RESTORANI
Babək rayonunun Şəkərabad kəndi ərazisində, Naxçıvançayın kənarında yerləşir. İkimərtəbəlidir. 9 nömrə fondu vardır: 2-si lüks, 7-si adi nömrədir. Motelin avtomobil dayanacağı, mini zooparkı, 120 nəfərlik banket zalı, 200 nəfərlik restoranı vardır.

Tel.: 994(36) 544-14-41



«GƏNCLİK» KAFESİ
Naxçıvan şəhərindədir, ikimərtəbəlidir. Birinci mərtəbədə 94 nəfərlik bir zalı, II mərtəbədə 250 nəfərlik böyük zal, 20 nəfərlik kiçik zalı var. Zirzəmi hissəsində kafe-bar fəaliyyət göstərir.

Tel.: +994(36) 544-62-48

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 6
Bu gün: 69
Bu ay: 69
Ümumi: 655643

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.