Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Sənədin elektron variantı

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I


“Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul üzrə
müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin
siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında

“Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikası vətəndaşının muxtar respublikada dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 may tarixli 54 nömrəli qərarı ləğv edilsin.





Naxçıvan Muxtar Respublikasının
Baş naziri:                                                                                                Ə.Baxşıyev

«9» sentyabr 2017-ci il
№ 86



Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2017-ci il
9 sentyabr tarixli 86 nömrəli qərarı
ilə təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul üzrə
müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli
sənədlərin siyahısı və sənədlərin qəbulu

Q A Y D A L A R I

1. Bu Qaydalar Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısını və sənədlərin qəbulu qaydalarını müəyyən edir.

2. Test imtahanından keçmiş namizədlərin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qanunvericiliyə uyğun olaraq qabaqcadan yoxlanılır.

3. Müsabiqənin test imtahanının nəticələri haqqında məlumat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (bundan sonra - Komissiya) internet saytında verilir. Test imtahanından keçmiş namizəd imtahanın nəticələri elan edildiyi gündən 10 (on) iş günü müddətində Komissiyanın internet saytında (bundan sonra – sayt) bu Qaydaların əlavəsində göstərilmiş dövlət qulluğu üzrə müraciət formasını (bundan sonra – Forma) doldurur. Namizədin Forma vasitəsilə təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri həmin Formaya əlavə edilir:
3.1. ali təhsil haqqında sənədin surəti;
3.2. əmək kitabçasının surəti (olduğu halda).

4. Formaya daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyü dövlət orqanları tərəfindən aparılan aşağıdakı elektron informasiya ehtiyatları əsasında yoxlanılır:
4.1. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi;
4.2. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi;
4.3. Naxçıvan Muxtar Respublikası Dövlət Qulluqçularının Reyestri;
4.4. fərdi uçot sistemində sığortaolunanların məlumat bazası;
4.5. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid elektron informasiya sistemi.

5. Bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq Formaya daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmadığı halda və ya Formaya daxil edilmiş məlumatları və sənədləri eyniləşdirmə məqsədi ilə test imtahanında müvəffəqiyyət qazanmış namizəd aşağıdakı sənədləri 5 (beş) iş günü müddətində Komissiyaya təqdim etməlidir:
5.1. şəxsiyyəti təsdiq edən sənədin surəti;
5.2. kadrlar uçotunun şəxsi vərəqəsi;
5.3. ali təhsil haqqında sənədin surəti;
5.4. əmək kitabçasının surəti (olduğu halda);
5.5. müvafiq dövlət qulluğu vəzifəsi üzrə malik olduğu sertifikatın surəti.
Qeyd. Skan edilmiş sənədlər tam, ardıcıl, oxunaqlı və aydın olmalıdır.

6. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə müsahibə elan edildikdə, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq həmin müsahibədə iştirak edə bilər.

7. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliyin tələblərinə cavab verməlidir. Müvafiq tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

8. Müsahibədə iştirakla bağlı müraciət etmək istəyən namizəd Forma vasitəsilə sayta daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, müvafiq düzəlişləri edir və müsahibə elanı verildiyi gündən 30 (otuz) gün müddətində həmin müsahibədə iştirak üçün Komissiyaya müraciət edir.

9. Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə sayta daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Komissiya tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

10. Müsahibədə iştirakı qeydə alınmayan namizəd bu barədə məlumatlandırılır. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

11. Namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifənin tutulmasının ümumi şərtlərinə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatların verilməsi aşkar edildikdə, namizədin test imtahanında və (və ya) müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Komissiya tərəfindən qəbul olunur və 3 (üç) iş günü müddətində namizədə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

12. Namizədin nəticələri etibarsız hesab edildiyi halda, onun müsabiqədə iştirak etməsi ilə bağlı etdiyi ödənişlər geri qaytarılmır.

13. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər bu barədə qərar qəbul edildikdən sonra 5 (beş) iş günü müddətində vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün Komissiya tərəfindən dövlət orqanının rəhbərinə təqdim olunur.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online 1
Dünən 228
Bu gün 14
Ümumi 3651
IP 54.221.17.234

Başlanma tarixi: 01 fevral 2018



Untitled Document
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.   Yuxarı