Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Komissiya fond əməkdaşları üçün seminar keçirib

2014-05-01

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən seminarda dövlət qulluqçularının etik davranış qaydaları və dövlət orqanlarında kadrlarla iş barədə söhbət açılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının iştirakı ilə keçirilən seminarda fondun sədr müavini Əli Quliyevin, komissiyanın sədri Etibar Musayevin, şöbə müdiri Rafiq Nəcəf­ovun çıxışları olub. Çıxışlarda 31 may 2007-ci il tarixdə qəbul edilmiş “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu, bu qanunun dövlət qulluqçuları üçün etik davranış qayda və prinsipləri, həmçinin onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Dövlət orqanlarında kadrlarla iş barəsində də geniş bəhs edilən seminarda iştirakçılara dövlət qulluqçularının şəxsi işinin aparılması qaydaları, dövlət orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılması, Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması qaydaları, dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları, dövlət orqanları tərəfindən komissiyaya göndərilən sənədlərdə daha çox rast gəlinən nöqsanlar və onların aradan qaldırılması yolları haqqında məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 4
Bu gün: 31
Bu ay: 31
Ümumi: 655437

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.