Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Dövlət qulluqçuları üçün seminarlar davam etdirilir

2014-05-05

Mayın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Şahbuz rayonunda "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" və "Dövlət orqanlarında kadrlarla iş" mövzularında səhər və günün ikinci yarısında seminarlar keçirilib.
Seminarı rayon İcra Hakimiyyətinin başçısının müavini Mətanət Məmmədova giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışıb.Sonra komissiyanın sədri Etibar Musayevin, şöbə müdiri Rafiq Nəcəfovun, sektor müdiri Arzuman İmanovun çıxışları olub.Çıxışlarda qeyd edilib ki, 31 may 2007-ci il tarixdə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanun dövlət qulluqçuları üçün etik davranış qayda və prinsiplərini, həmçinin onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.
Günün ikinci yarısında "Dövlət orqanlarında kadrlarla iş" mövzusunda keçirilən seminarda iştirakçılara dövlət qulluqçularının şəxsi işinin aparılması qaydaları, dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlığın aparılması, Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması qaydaları, dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları, dövlət orqanları tərəfindən komissiyaya göndərilən sənədlərdə daha çox rast gəlinən nöqsanlar və onların aradan qaldırılması yolları haqqında məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 4
Bu gün: 18
Bu ay: 18
Ümumi: 655424

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.