Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində vakant dövlət qulluğu vəzifələrini tutmaq üçün test imtahanı keçirilib

2014-05-27

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində inzibati vəzifələrin VI-VII təsnifatlarına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə üzrə test imtahanı keçirilmişdir. Test imtahanında 17 nəfər namizəd iştirak etmişdir. Namizədlərə qanunvericilik bilikləri üzrə 40, məntiqi təfəkkürün yoxlanılması üzrə 30, ümumi dünyagörüşü bilikləri üzrə 15, kompüter bilikləri üzrə 15 olmaqla, 100 test sualı təqdim olunmuşdur. İmtahandan dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış verilmişdir. Müsabiqə qaydalarına uyğun olaraq, test imtahanında müvafiq keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışlar. Qeyd edək ki, müsabiqəyə təqdim olunmuş vakant vəzifələr, əsasən, mühəndis, memarlıq, iqtisadiyyat, fövqəladə halların nəticələrinin aradan qaldırılması, mətbuat və ictimaiyyətlə əlaqələr ixtisaslaşmaları üzrə vakant vəzifələrdən ibarətdir. İki saat 30 dəqiqə vaxt ayrılmış imtahanda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları müşahidəçi qismində iştirak etmişlər.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 4
Bu gün: 22
Bu ay: 22
Ümumi: 655428

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.