Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə görüş keçirilmişdir

2015-11-12

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisastəhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə görüşü keçirilib.
Universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev bildirib ki, adıçəkilən sərəncam muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri ilə müvafiq təşkilatlar arasında əməkdaşlığı genişləndirmək, peşəkar kadr potensialı hazırlamaq, bu sahədəki çətinlikləri aradan qaldırmaq, tələbələrə elmi-nəzəri biliklərlə yanaşı, təcrübi biliklər də aşılamaq, onların gələcək iş yerlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli tələbələrə rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verərək bildirib ki, Ali Məclis Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə yaradılan Komissiya dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, yerləşdirilməsini, dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarəti, dövlət qulluqçularının əlavə təhsili, attestasiyası və sosial müdafiəsi sahəsində qanunvericilikdə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. İsmayıl Qəribli bildirib ki, sözügedən sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə hazırlanan tədbirlər planında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təcrübəli əməkdaşları tərəfindən hamiliyə götürülən ixtisasın tələbələrinə ayda bir dəfə nümunəvi açıq dərslərin keçilməsi, komissiyanın yerləşdiyi binada tələbələr üçün istehsalat təcrübələrinin təşkili, tələbələrin elektron dərslik və yeni elmi nəşrlərlə təmin edilməsi nəzərdə tutulub.
Sonda tələbələrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəşrləri olan “Səmərəli Dövlət İdarəçiliyi” kitabı və “Dövlət İdarəçilik Nəzəriyyəsi” dərsliyinin elektron variantı təqdim olunub

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 4
Bu gün: 80
Bu ay: 80
Ümumi: 655486

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.