Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanı keçirilmişdir.

2015-12-11

11 dekabr 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında vakant vəzifələrin tutulması üçün 17 oktyabr 2015-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanı keçirilmişdir.
Test imtahanlarında iştirak etmək üçün 45 namizəd sənəd təqdim etmişdir ki, onlardan 10-u ixtisaslarına uyğun olaraq polis sahə inspektoru, 35-i isə yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifəsini seçmişdir. İmtahanda namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla 100 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt verilmişdir. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir. Test imtahanında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları müşahidəçi kimi iştirak etmişlər.
Test imtahanları 14 dekabr 2015-ci il tarixədək davam edəcək. İmtahanlarda keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 5
Bu gün: 70
Bu ay: 70
Ümumi: 655476

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.