Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Namizədlərin nəzərinə!

2016-04-02

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 20 fevral 2016-cı il tarixdə elan edilmiş müsabiqədə keçid balını toplamış namizədlər test imtahanı nəticələrinin Komissiyanın internet saytında yerləşdirildiyi gündən 10 iş günü ərzində aşağıdakı sənədləri Komissiyaya təqdim etməlidirlər:
  • 1. ərizə
  • 2. şəxsiyyəti təsdiq edən sənədin surəti
  • 3. kadrlar uçotunun şəxsi vərəqəsi
  • 4. ali təhsil haqqında sənədin surəti
  • 5. əmək kitabçasının surəti
  • 6. ixtisas dərəcəsini təsdiq edən sənədin surəti (olduğu təqdirdə)
  • 7. sağlamlıq haqqında arayış
  • 8. rəngli fotoşəkil 2 ədəd (ölçüsü 4 x 6)

Qeydlər:


  • 1. Şəxsiyyəti təsdiq edən sənədin, ali təhsil haqqında sənədin və əmək kitabçasının surəti notarial qaydada, ixtisas dərəcəsini təsdiq edən sənədin (olduğu təqdirdə) surəti isə dövlət orqanı tərəfindən təsdiq edilməlidir.
  • 2. 1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • 3. Yalnız son 6 ay ərzində verilmiş sağlamlıq haqqında arayış qəbul edilir.
  • 4. Kadrlar uçotunun şəxsi vərəqəsi vətəndaş tərəfindən əl ilə doldurulmalı və hazırkı dövrü əks etdirməlidir.
  • 5. Fotoşəkillərin hamısı eyni olmalı və hazırkı dövrü əks etdirməlidir.
  • 6. Namizədlər sənədlərini şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) təqdim etməlidirlər.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online 1
Dünən 228
Bu gün 14
Ümumi 3651
IP 54.221.17.234

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.