Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Dövlət qulluqçularının təntənəli andiçmə mərasimi keçirilmişdir.

2016-06-14

14 iyun 2016-cı il tarixdə Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin altıncı-yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 20 fevral 2016-cı il tarixdə elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının təntənəli andiçmə mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirdi ki, bugünkü andiçmə mərasimi dövlətçilik tariximizin şanlı səhifəsi olan 15 iyun - Milli Qurtuluş Gününə təsadüf edir. Komissiyanın sədri tədbir iştirakçılarını Milli Qurtuluş Günü və dövlət qulluğuna qəbul olunmaları münasibəti ilə təbrik edərək vurğuladı ki, məhz ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində ictimai-siyasi sabitlik bərqərar edildi, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırıldı və ölkə sabit inkişaf yoluna çıxarıldı. Ulu öndərimizin təşəbbüsü və müəllifliyi ilə hazırlanan ilk milli Konstitusiya müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynadı.
Hazırda ölkəmizdə, eləcə də muxtar respublikamızda bütün sahələrdə olduğu kimi dövlət qulluğu sahəsində də aparılan islahatlar uğurla davam etdirilir. Dövlət quluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması, işində fərqlənən dövlət qulluqçularının təltif edilməsi muxtar respublika rəhbərinin dövlət qulluğu sahəsinə hərtərəfli qayğısının bariz nümunəsidir.
Muxtar respublikada dövlət qulluğunun səmərəli təşkili və idarə olunması məsələlərindən danışan İsmayıl Qəribli bildirdi ki, Ali Məclis Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması vətəndaşların mərkəzləşdirilmiş qaydada dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə geniş imkanlar açmışdır. Komissiya tərəfindən indiyədək keçirilmiş 10 müsabiqədə 647 nəfər dövlət qulluğu vəzifələrinə təyin olunmuşlar. Hazırda muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının təqribən 40 faizi Komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış, müasir dünyagörüşünə malik, qanunvericilik və informasiya texnologiyaları üzrə bilikləri, habelə məntiqi düşüncə qabilliyyəti olan dövlət qulluqçularıdır.
Sonra müsabiqəni uğurla başa vurmuş və müvafiq dövlət orqanlarında işə başlamış namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun surətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə təntənəli surətdə and içdilər.
Komissiya sədri dövlət qulluqçularının anda sadiq qalacaqlarına, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə etdi,onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqələri təqdim edildi, xatirə şəkli çəkdirildi, sonra mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış oldular.
Xatırladaq ki, Komissiya tərəfindən müsabiqəyə 36 dövlət orqanı üzrə 294 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 634 nəfər sənəd təqdim etmişdir. Test imtahanları mərhələsində 563 namizəd iştirak etmiş, keçid balını toplaya bilmiş 141 namizəddən 124 nəfəri müsahibə mərhələsində iştirak etmək üçün sənəd təqdim etmişdir. Müsahibə mərhələsində iştirak edən 124 namizəddən 84-ü müvəffəqiyyət qazanmış, onlardan 67-si iddia etdikləri dövlət orqanları üzrə vakant vəzifələrə təyin olunmuşlar.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 5
Bu gün: 65
Bu ay: 65
Ümumi: 655471

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.