Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Namizədlərin nəzərinə!

2016-07-05

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 6 iyun 2016-cı il tarixdə elan edilmiş müsabiqənin test imtahanlarından uğur qazanmış namizədlərin müsahibədə iştirak etmələri üçün tələb olunan sənədlər.

Test imtahanından müvəffəqiyyətlə keçmiş namizədlər müsahibə mərhələsində iştirak etmək üçün 5 iyul 2016-cı il tarixdən 10 gün müddətində aşağıdakı sənədləri Komissiyaya təqdim etməlidirlər:
  • 1. Ərizə
  • 2. Şəxsiyyəti təsdiq edən sənədin surəti
  • 3. Kadrlar uçotunun şəxsi vərəqəsi
  • 4. Ali təhsil haqqında sənədlərin surətləri
  • 5. Əmək kitabçasının surəti
  • 6. İxtisas dərəcəsini təsdiq edən sənədin surəti
  • 7. Sağlamlıq haqqında arayış
  • 8. Ağ fonda 2 ədəd (4x6 sm ölçüdə) rəngli fotoşəkil

Qeydlər:

  • 1. Şəxsiyyəti təsdiq edən sənədin, ali təhsil haqqında sənədin və əmək kitabçasının surəti notarial qaydada, ixtisas dərəcəsini təsdiq edən sənədin (olduğu təqdirdə) surəti isə dövlət orqanı tərəfindən təsdiq edilməlidir.
  • 2. 1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • 3. Yalnız son 6 ay ərzində verilmiş sağlamlıq haqqında arayış qəbul edilir.
  • 4. Kadrlar uçotunun şəxsi vərəqəsi vətəndaş tərəfindən əl ilə doldurulmalı və hazırkı dövrü əks etdirməlidir.
  • 5. Fotoşəkillərin hamısı eyni olmalı və hazırkı dövrü əks etdirməlidir.
  • 6. Namizədlər sənədlərini şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) təqdim etməlidirlər.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 5
Bu gün: 68
Bu ay: 68
Ümumi: 655474

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.