Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Dövlət statistika orqanlarına qəbul edilmiş dövlət qulluqçularının andiçmə mərasimi keçirilmişdir.

2016-08-08

Komissiya tərəfindən dövlət statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 6 iyun 2016-cı il tarixdə elan edilmiş müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində təntənəli andiçmə mərasimi keçirilmişdir. 5 avqust 2016-cı il tarixdə Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 6 iyun 2016-cı il tarixdə elan edilmiş müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının təntənəli andiçmə mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirdi ki, hazırda ölkəmizdə, eləcə də muxtar respublikamızda bütün sahələrdə olduğu kimi dövlət qulluğu sahəsi də dövlət qayğısı ilə əhatə olunmuş, müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi yaradılmışdır. Dövlət orqanları üçün müasir inzibati binaların tikilib istifadəyə verilməsi, bacarıq və peşəkarlığı yüksək olan dövlət qulluqçularının təltif edilməsi, dövlət idarəçiliyi sistemində yeni texnologiyaların tətbiqi, “Elektron hökumət”in, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərinin qurulması bunun bariz nümunəsidir.Muxtar respublikada dövlət qulluğunun səmərəli təşkili və idarə olunması məsələlərindən danışan İsmayıl Qəribli bildirdi ki,
Ali Məclis Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılmasıvətəndaşların mərkəzləşdirilmiş qaydada dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə geniş imkanlar açmışdır. Sonra müsabiqəni uğurla başa vurmuş və dövlət statistika orqanlarında işə başlamış namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun surətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə təntənəli surətdə and içdilər.Komissiya sədri dövlət qulluqçularının anda sadiq qalacaqlarına, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə etdi,onlara gələcək fəaliyyətlərində uğurlar, dövlətimizə hər zaman sədaqətli olmağı və göstərilən bu etimadı işlərində doğrultmağı arzuladı. Andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqələri təqdim edildi, xatirə şəkli çəkdirildi, sonra mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış oldular. Xatırladaq ki, Komissiya tərəfindən 6 iyun 2016-cı ildə elan edilmiş müsabiqəyə 201 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 213 nəfər sənəd təqdim etmişdir. Müsabiqənin 29 iyun-2 iyul 2016-cı il tarixlərdə keçirilən test imtahanları mərhələsində 205 namizəd iştirak etmiş, 180 namizəd keçid balını toplaya bilmişdir.27-30 iyul2016-cı il tarixlərdə keçirilən müsahibə mərhələsində iştirak edən 142 namizəddən 124-ü müvəffəqiyyət qazanmış və vakant vəzifələrə təyin olunmuşlar.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 5
Bu gün: 64
Bu ay: 64
Ümumi: 655470

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.