Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

“Dövlət orqanlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydaları” mövzusunda seminar keçirilmişdir

2016-08-15

12 avqust 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 53 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Dövlət orqanlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydaları” mövzusunda seminar keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli Fərmanı ilə “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası” təsdiq edilmişdir.
İsmayıl Qəribli qeyd etmişdir ki, sözügedən normativ hüquqi akt vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması ilə bağlı bir sıra yeni əsaslar müəyyənləşdirilmişdir. Belə ki, vətəndaşlar tərəfindən daxil olan təklif, ərizə və şikayətlərə baxılması qaydaları daha dəqiqliklə işlənilmiş, müraciətlərin daxil olma üsuluna, əvvəlki müraciətlərlə əlaqəsinə və digər əlamətlərə görə qəbulu, qeydiyyatı və cavablandırılması fərqləndirilmişdir. Baxılmayan müraciətlərin dairəsi, qaydaların şamil olunmadığı sahələr dəqiqliklə sadalanmış, ilk dəfə olaraq elektron, kollektiv və canlı yayım zamanı daxil olan müraciətlərin qeydiyyatı qaydaları müəyyən edilmişdir.
Bildirilmişdir ki, əsas yeniliklərdən biri də vətəndaşların qəbulu qaydasının ayrıca fəsildə öz əksini tapmasıdır. Vətəndaşların qəbulunun aparılması, bu zaman daxil olan yazılı və şifahi müraciətlərin cavablandırılması tam aydınlıqla işlənilmişdir.
Yeni qaydalara əsasən kargüzarlıq xidməti aylıq, rüblük və illik arayışlar hazırlayaraq təşkilatın rəhbərinə, ilin yekunlarına dair hesabatları isə yuxarı orqana təqdim etməlidir.
Daha sonra Komissiyanın Mühasibat və ümumi işlər sektorunun müdiri Türkan Gülməmmədli hazırlanmış slaydlar vasitəsilə vətəndaşların müraciətlərinin qəbulu və qeydiyyata alınması, müraciətlərə baxılması və cavablandırılması, vətəndaşların qəbulunun təşkil edilməsi, müraciətlərlə bağlı sənədlərin qovluqlaşdırılması və saxlanılması qaydaları barədə məlumat vermişdir.
Sonda seminar iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 5
Bu gün: 77
Bu ay: 77
Ümumi: 655483

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.