Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Komissiyanın iş planına uyğun olaraq Babək rayonunda dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi ilə bağlı maarifləndirici seminar keçirilmişdir.

2016-08-25

24 avqust 2016-cı il tarixdə Babək rayonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın iş planına uyğun olaraq dövlət qulluqçularının etik davranış qaydaları, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və dövlət orqanlarında kargüzarlığın aparılması qaydaları mövzularında seminar keçirilmişdir. Seminarda İcra Hakimiyyəti başçısının aparatında, mərkəzi icra hakimiyyəti orqanlarının Babək rayonunda yerləşən qurumlarında və Babək Rayon Məhkəməsində inzibati vəzifə tutan 95 dövlət qulluqçusu iştirak etmişdir.
Seminarı Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Rəsulov giriş sözü ilə açaraq keçirilən tədbirin əhəmiyyətindən danışmışdır.
Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Ümid Qurbanov “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda çıxış edərək bildirmişdir ki, 2007-ci il 31 may tarixdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanun dövlət qulluqçuları üçün etik davranış qayda və prinsiplərini, həmçinin onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanuna əsasən etik davranış qaydaları dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur. Qeyd edilmişdir ki, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludurlar. Onlar bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdırlar. Dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməli, dövlət qulluğu vəzifələrinin icrası ilə bir araya sığmayan, onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. O, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa, etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır.
Ü.Qurbanov muxtar respublikada “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan edilmiş 2016-cı ildə dövlət qulluqçuları tərəfindən işlərini günün tələbləri səviyyəsində qurmağın, onlara tapşırılan hər bir vəzifənin böyük məsuliyyət və ləyaqətlə yerinə yetirilməli olduğunun vacibliyini qeyd etdi və slaydlar vasitəsilə etik davranış qaydalarını sadaladı.
Sonra Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı şöbəsinin müdiri Mahir Abbasov “Dövlət orqanlarında kargüzarlığın aparılması qaydaları” mövzusunda çıxış etmiş və slaydlar vasitəsi ilə dövlət orqanlarında kargüzarlığın aparılması işindən, o cümlədən sənədlərin hazırlanmasından, qeydiyyatından, hərəkətindən, icrasından, uçotundan və arxivə verilməsindən danışmışdır. Həmçinin vətəndaşların müraciətlərinin qəbulu və qeydiyyata alınması, müraciətlərə baxılması və cavablandırılması, vətəndaşların qəbulunun təşkil edilməsi, müraciətlərlə bağlı sənədlərin qovluqlaşdırılması və saxlanılması qaydaları barədə də məlumat verilmişdir.
Daha sonra Komissiyanın baş məsləhətçi-hüquqşünası Zaman Bağırov “çıxış edərək qeyd etmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən, inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilməlidir. Komissiya qeyd olunan normanın Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədilə “Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib. Qaydalara əsasən dövlət qulluqçusunun yanvar ayının 1-dən dekabr ayının 31-dək olan xidməti fəaliyyət dövrü təqvim ilinin sonunda qiymətləndirilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun tabe olduğu bilavasitə rəhbər tərəfindən həyata keçirilir. Dövlət orqanı üzrə qiymətləndirilmənin nəticələrinə görə yekun hesabat növbəti ilin mart ayının 1-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilir. Qeyd edilmişdir ki, dövlət qulluqçusunun xidməti fəaliyyətinin meyarlara görə qiymətləndirilməsi məqsədilə hər ilin yanvar ayında dövlət qulluqçusu qarşısında təqvim ili ərzində icra etməli olduğu mühüm tapşırıqlar qoyulur. Dövlət qulluqçusunun xidməti fəaliyyəti peşə bilikləri, xidməti vəzifələrə münasibət, təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı, yaradıcılıq və təşəbbüskarlıq, əmək intizamı, iş təcrübəsi və onu bölüşmə, kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər meyarlarına əsasən qiymətləndirilir.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Bildirilmişdir ki, seminarlar qrafikə uyğun olaraq digər rayon icra hakimiyyətlərində də keçiriləcək və 578 dövlət qulluqçusunu əhatə edəcəkdir.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 5
Bu gün: 73
Bu ay: 73
Ümumi: 655479

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.