Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Komissiyanın inzibati binasında Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının I kurs tələbələri ilə görüş keçirilmişdir.

2016-10-21

19 oktyabr 2016-cı il tarixdə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli tələbələrə rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verərək bildirmişdir ki, Komissiya dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi və yerləşdirilməsi, dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarət sahəsində qanunvericilikdə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Dövlət qulluğunun səmərəli təşkili və idarə olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır. Komissiyanın vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə geniş imkanlar açdığını tədbir iştirakçılarının diqqətinə çatdıran İsmayıl Qəribli qeyd etmişdir ki, dövlət qulluğu dövlətin Konstitusiya ilə müəyyən edilmiş məqsəd və funksiyalarını reallaşdırmaq üçün vətəndaşların xüsusi təşkil olunmuş fəaliyyəti, onların bu prosesdə praktiki və peşəkar iştirakıdır. Dövlət qulluqçuları dövlət qulluğuna qəbul olunduqları gündən müəyyən vəzifə səlahiyyətlərini həyata keçirməyə başlayırlar. Komissiya tərəfindən indiyədək keçirilmiş 11 müsabiqədə 3628 namizəd iştirak etmiş, onlardan 763-ü müsabiqəni müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşlar. Bundan başqa, Komissiyanın təşkilatçılığı ilə dövlət qulluğunun xüsusi növünə aid olan orqanlar üzrə 27 müsabiqənin test imtahanları keçirilmiş, bu imtahanlarda 1191 namizəd iştirak etmişdir. Hazırda muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının, təqribən 40 faizi Komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış, müasir dünyagörüşünə malik, məntiqi düşüncə qabilliyyəti, qanunvericilik və informasiya texnologiyaları üzrə bilikləri olan dövlət qulluqçularıdır.
İsmayıl Qəribli qeyd etmişdir ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri ilə müvafiq təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, kadr potensialının formalaşdırılması, tələbələrin yüksək intellektli mütəxəssis kimi yetişdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ötən dövr ərzində sərəncamın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Dövlət Universitetin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün Komissiyanın təcrübəli əməkdaşları tərəfindən ayda iki dəfə açıq dərslər keçirilmiş, Komissiyanın yerləşdiyi binada tələbələr üçün istehsalat təcrübəsi təşkil olunmuşdur. Bundan başqa, tələbələrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəşrləri olan “Dövlət qulluğu: nəzəriyyə və praktika”, “Dövlət qulluğunun hüquqi əsasları”, “Səmərəli dövlət idarəçiliyi” və “Dövlət idarəçilik nəzəriyyəsi” adlı dərsliklər hədiyyə olunmuşdur. Hazırda Komissiyanın iki əməkdaşı Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur.
Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakultəsinin dekan müavini Abbas Əhmədov çıxış edərək Komissiya tərəfindən keçirilən seminarlar və istehsalat təcrübələrinin peşəkar kadr potensialının hazırlanmasında və tələbələrə təcrübi biliklərin aşılanmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Sonra tələbələr Komissiyanın struktur bölmələri ilə tanış olmuşlar. Burada tələbələrə dövlət qulluğuna qəbul üçün elan olunmuş müsabiqənin test və müsahibə mərhələlərinin həyata keçirilməsi, dövlət qulluqçuları reyestrinin, kargüzarlığın və dövlət qulluqçularının şəxsi işlərinin aparılması, elektron sənəd dövriyyəsinin təşkili qaydaları ilə bağlı ətraflı məlumat verilmişdir.
Daha sonra Komissiyanın baş məsləhətçi-hüquqşünası Zaman Bağırov tərəfindən “Ümummilli liderimiz Heydər Əliyev və Azərbaycanda müasir dövlət idarəçilik sisteminin yaradılması”, sektor müdiri Türkan Gülməmmədli tərəfindən isə “Dövlət qulluğunun Azərbaycan modeli” mövzularında slaydlarla müşayiət olunan açıq dərslər keçilmişdir.
Görüşdə tələbələri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 4
Bu gün: 26
Bu ay: 26
Ümumi: 655432

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.