Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin icra xidmətinə qəbul üçün test imtahanı keçirilmişdir.

2016-11-02

1 noyabr 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin icra xidmətində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanı keçirilmişdir. Müsabiqədə 13 vakant vəzifənin tutulması üçün sənəd təqdim etmiş 17 namizəddən 16-sı test imtahanında iştirak etmişdir. İmtahan başlanmamışdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan qaydaları və test suallarının cavablandırılması haqqında məlumat verilmişdir. İmtahanda namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla 100 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün 3 saat vaxt verilmişdir. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir. Test imtahanında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları müşahidəçi kimi iştirak etmişlər.
İmtahanda keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 4
Bu gün: 32
Bu ay: 32
Ümumi: 655438

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.