Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Komissiya tərəfindən dövlət statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin test mərhələsi keçirilməyə başlamışdır.

2016-11-19

Dövlət statistika orqanlarında müsabiqəyə çıxarılan 74 vakant vəzifənin tutulması üçün 192 namizəd sənəd təqdim etmişdir
Qrafikə uyğun olaraq test imtahanları 18 noyabr 2016-cı il tarixdən keçirilməyə başlamışdır. İmtahan başlanmamışdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan qaydaları və test suallarının cavablandırılması haqqında ətraflı məlumat verilmişdir. İmtahanda namizədlərə qanunvericilik üzrə 40, dünyagörüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla 100 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt verilmişdir. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır. Test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərə cavab kartı və imtahanın nəticəsinə dair arayış təqdim edilmişdir. İmtahanlarda keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar. İmtahan Komissiyanın “Test mərkəzi”ndə elektron formada keçirilmişdir.
Test imtahanlarının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilmişdir. Test imtahanları 22 noyabr 2016-cı il tarixədək davam edəcək.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 4
Bu gün: 21
Bu ay: 21
Ümumi: 655427

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.