Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Komissiyada 2016-cı ilin yekunu və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir

2017-01-12

Yanvar ayının 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2016-cı ilin yekunu və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli kollegiya iclasını giriş sözü ilə açaraq məruzə edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2016-cı ildə öz fəaliyyətini gücləndirmiş, qanunvericilikdən, Əsasnamədən və İş Planından irəli gələn vəzifələri icra etmişdir. Hesabat dövründə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmiş, 4 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 4 qərarı ləğv etdirilmişdir.
Komissiya 2016-cı ildə Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təşkil etmişdir. Dövlət orqanlarında 593 vakant vəzifənin tutulması məqsədilə Komissiya tərəfindən elan olunmuş 4 müsabiqədə iştirak etmək üçün 1095 nəfər sənəd təqdim etmiş, test imtahanında iştirak etmiş 987 namizəddən 439-u müvəffəqiyyət qazanmışdır. Müsahibə mərhələsində iştirak edən 374 namizəddən 291-i müvəffəqiyyət qazanmış, onların 249-u vakant vəzifələrə təyin olunmuşdur.
Komissiya tərəfindən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanlarının keçirilməsinə köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Ədliyyə və Vergilər nazirliklərində vakant vəzifələrin tutulması, Vəkillər Kollegiyası üzvlüyünə qəbul üçün müsabiqələrdə iştirak edən 174 namizəddən 63-ü test imtahanlarında müvafiq keçid balını toplamışdır.
Hesabat dövründə ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılmış, ehtiyat kadrlar siyahısında olan 23 namizəddən 16-sı vakant vəzifələrə təyin edilmişdir.
Komissiya tərəfindən göstərilməli olan 5 elektron xidmət Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına inteqrasiya etdirilmiş, elektron sənəd mübadiləsinin həyata keçirilməsi məqsədi ilə “elektron imza” alınmışdır. 2016-cı il ərzində “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti vasitəsilə 9 müsabiqədə iştirak edən 1291 nəfərə elektron xidmət göstərilmişdir.
Ötən ildə dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasının inkişaf etdirilməsi və ondan səmərəli istifadə olunması təmin edilmişdir. Bəhs olunan dövrdə muxtar respublikada fəaliyyət göstərən dövlət qulluqçularının Dövlət Qulluqçularının Reyestrinə daxil edilməsi başa çatdırılmış, 2567 nəfər barədə məlumatlar reyestrə işlənilmişdir. Hazırda dövlət orqanlarında 56 nəfər siyasi, 1955 nəfər inzibati və 556 nəfər yardımçı vəzifə tutur. Dövlət qulluqçularının 26,1 faizini gənclər, 22,6 faizini isə qadınlar təşkil edir. Hesabat dövründə 30 dövlət qulluqçusu fəxri ad və medallarla təltif edilmiş, 22 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq olunmuşdur.
2016-cı il ərzində Komissiyanın test bazasının yeni suallarla zənginləşdirilməsi və testlərin ekspertizasının davam etdirilməsi diqqətdə saxlanılmışdır. Test bazasında olan suallar Konstitusiya və qanunlara edilən dəyişikliklərə uyğunlaşdırılmış, 750 yeni test tapşırığı tərtib edilərək Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin ekspertləri və Naxçıvan Dövlət Universitetinin müəllimləri tərəfindən ekspertizadan keçirilmişdir. Bundan başqa, ilk dəfə olaraq Azərbaycan dili, Naxçıvan Muxtar Respublikasının tarixi və coğrafiyası üzrə test tapşırıqları hazırlanmış və keçirilən müsabiqələrdə istifadə edilmişdir.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamından irəli gələn vəzifələrin icra edilməsi məqsədilə Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün tədris ili ərzində ayda iki dəfə Komissiyanın təcrübəli əməkdaşları tərəfindən açıq dərslər keçirilmiş, Komissiyanın inzibati binasında tələbələrin təcrübə keçmələri təşkil edilmiş, tələbələrə dərsliklər təqdim olunmuşdur.
Dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların dövlət qulluqçuları tərəfindən öyrənilməsi ilə bağlı maarifləndirici tədbirlər hesabat dövründə diqqət mərkəzində saxlanılmış, keçirilən 11 seminarda ümumilikdə, inzibati vəzifə tutan 791 dövlət qulluqçusu iştirak etmişdir. Bundan başqa, digər mərkəzi icra hakimiyyəti orqanları ilə münasibətlər gücləndirilmişdir, deyən İsmayıl Qəribli bildirmişdir ki, dövlət orqanlarının kadr qurumları ilə mütəmadi əlaqə saxlanılmış, dövlət qulluqçularının şəxsi işlərinin və reyestrin aparılması qaydası, ixtisas dərəcələrinin verilməsi və digər məsələlərlə bağlı metodiki köməklik göstərilmişdir. 2016-cı ildən muxtar respublikada ilk dəfə olaraq dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılmışdır.
Sonra komissiyanın şöbə müdirləri Ümid Qurbanov və Mahir Abbasov, sektor müdiri Türkan Gülməmmədli məruzə ətrafında çıxış ediblər.
Kollegiya iclasına Komissiyanın sədri İsmayıl Qəribli yekun vurub.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online 2
Dünən 228
Bu gün 14
Ümumi 3651
IP 54.221.17.234

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.