Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Dövlət qulluqçularının andiçmə mərasimi keçirilib

2017-01-13

13 yanvar 2017-ci il tarixdə Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi və Sahibkarlığa Kömək Fondunda vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqələrdə müvəffəqiyyət qazanaraq ilk dəfə dövlət qulluğuna qəbul olunan 49 dövlət qulluqçusunun təntənəli andiçmə mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirdi ki, hazırda ölkəmizdə, eləcə də muxtar respublikamızda bütün sahələrdə olduğu kimi dövlət qulluğu sahəsi də dövlət qayğısı ilə əhatə olunmuş, müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi yaradılmışdır. Dövlət orqanları üçün müasir inzibati binaların tikilib istifadəyə verilməsi, işində fərqlənən dövlət qulluqçularının təltif edilməsi, dövlət idarəçiliyi sistemində yeni texnologiyaların tətbiqi, “Elektron hökumət”in, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərinin qurulması bunun bariz nümunəsidir.

Muxtar respublikada dövlət qulluğunun səmərəli təşkili və idarə olunması məsələlərindən danışan İsmayıl Qəribli bildirdi ki, Ali Məclis Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması məşğulluq strategiyasına öz müsbət töhfəsini vermiş, vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə geniş imkanlar açmışdır. Təkcə 2016-cı il ərzində 249 nəfər Komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanaraq dövlət orqanlarında vakant vəzifələrə təyin olunmuşlar.

Sonra müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında işə başlamış namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun surətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə təntənəli surətdə and içdilər.Komissiya sədri dövlət qulluqçularının anda sadiq qalacaqlarına, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə etdi,onlara gələcək fəaliyyətlərində uğurlar, dövlətimizə hər zaman sədaqətli olmağı və göstərilən bu etimadı işlərində doğrultmağı arzuladı. Andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqələri təqdim edildi, xatirə şəkli çəkdirildi, sonra mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış oldular.
Xatırladaq ki, Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi və Sahibkarlığa Kömək Fondunda vakant dövlət qulluğu vəzifələrin tutulması üçün elan olunmuş müsabiqələrə 98 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 248 nəfər sənəd təqdim etmişdir. Müsabiqənin test imtahanları mərhələsində 219 namizəd iştirak etmiş, 118 namizəd keçid balını toplaya bilmişdir. Müsahibə mərhələsində iştirak edən 93 namizəddən 51-i müvəffəqiyyət qazanaraq vakant vəzifələrə təyin olunmuşlar.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online 2
Dünən 228
Bu gün 13
Ümumi 3650
IP 54.221.17.234

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.