Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

“Dövlət orqanlarında kargüzarlığın aparılması qaydaları” və “Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin qeydə alınması qaydaları” mövzularında seminar keçirilmişdir.

2017-02-10

9 fevral 2017-cı iltarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 52 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Dövlət orqanlarında kargüzarlığın aparılması qaydaları” və “Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin qeydə alınması qaydaları” mövzularında seminar keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirmişdir ki, kargüzarlıq dedikdə, sənədlərin hazırlanması və rəsmiləşdirilməsi, onların hərəkətinin təşkili, uçotu və saxlanması sahəsində fəaliyyət başa düşülür. Kargüzarlıq sisteminin qurulması dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsinə və idarəetmə qərarlarının vaxtında qəbul edilməsinə səbəb olur. Bu baxımdan dövlət orqanlarında kargüzarlığın düzgün təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir. Lakin bir sıra hallarda sənədlərin hazırlanmasında nöqsanlar müşahidə olunur. Bugünkü seminarın məqsədi kargüzarlıq fəaliyyəti ilə bağlımüvafiq Təlimatın tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılmasıdır.
İsmayıl Qəribli digər mövzu ilə bağlı qeyd etmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən vətəndaşların yazılı və şifahi müraciətləri qeydə alınmalı və cavablandırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli Qərarı ilə “Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası” təsdiq edilmişdir. Keçirilən seminarın məqsədi həmçinin, bu sahədə qanunvericiliyin tətbiqinin təmin edilməsidir.
Daha sonra Komissiyanın şöbə müdiri Mahir Abbasov dövlət orqanlarında kargüzarlığın aparılması işindən, o cümlədən sənədlərin hazırlanmasından, qeydiyyatından, hərəkətindən, icrasından, uçotundan və arxivə verilməsindən, sektor müdiri Türkan Gülməmmədli isə telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin qeydə alınması, dərhal və ya müraciət vərəqəsi hazırlanmaqla qanunvericilikdə müəyyən edilmiş müddətdə cavablandırılması, eyni zamanda altı aylıq və illik arayışın hazırlanması və təqdim edilməsi qaydalarından danışmışdır.
Slaydlarla müşayiət olunan çıxışlardan sonra seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online 2
Dünən 228
Bu gün 14
Ümumi 3651
IP 54.221.17.234

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.