Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə növbəti görüş keçirilmişdir.

2017-03-03

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə Komissiyanın tədbirlər planına uyğun olaraq 28 fevral 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələri üzrə Komissiyanın əməkdaşları tərəfindən Naxçıvan Dövlət Universitetində Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə növbəti görüş keçirilmişdir.
Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Flora Kərimova çıxış edərək Komissiya tərəfindən keçirilən bu cür görüşlərin tələbələrin gələcək inkişafı üçün əhəmiyyətli olduğunu vurğulamışdır.
Görüşdə Komissiyanın sektor müdiri Türkan Gülməmmədli slaydlar vasitəsilə hazırlanmış “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusu ilə əlaqədar bildirmişdir ki, dövlət qulluqçusu bütün hallarda şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifə borcunu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində, səmərəli və peşəkarlıq səviyyəsində yerinə yetirməyə və Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Eləcə də dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
Daha sonra Komissiyanın baş məsləhətçi-hüquqşünası Zaman Bağırov “İnkişaf etmiş ölkələrin dövlət qulluğu sistemi” mövzusunda açıq dərs keçirmişdir. Bu mövzuda bir çox inkişaf etmiş ölkələrin dövlət qulluğu sistemi müqayisəli şəkildə təhlil edilmişdir. Belə ki, İngiltərədə mülki qulluq üzrə islahatlarının 1857-ci ildə Norkot-Trevelyonun parlamentə təqdim etdiyi “Daimi Mülki qulluğun təşkili haqqında” məruzəsi ilə başladığını, daha sonra dövlət qulluğunun inkişafının yeni mərhələsinin M.Tetçerin baş nazirliyi dövründə aparılan islahatlarla bağlı olduğunu, M.Tetçerin dövlət qulluğunun yeni bir növü olan müəyyən dərəcədə biznesmenə oxşayan xüsusiyyətlərini formalaşdırmağa cəhd göstərdiyini bildirmişdir. Amerika Birləşmiş Ştatlarında dövlət qulluğunun demokratiya bazasında yaradıldığı, ilk dönəmlərdə “patronaj” sistemi, sonralar “Qalibə qənimət”, daha sonra isə peşəkar mülki qulluğun yaranmasının əsasını qoyan “Pendlton qanunu” (1883) ilə formalaşdığı və hazırda isə ABŞ-da “Merit sistem” qüvvədə olduğu qeyd edilmişdir. Fransada isə dövlət qulluğunun bürokratik qulluq
formasında yaradılması, onun yaranma tarixinin qədim monarxiya dövrünə-mütləqiyyət dövrünə təsadüf etməsi, lakin peşəkar dövlət qulluğunun 1798-ci ildən başlayaraq Napoleon tərəfindən formalaşdırılması barədə geniş məlumat verilmişdir.
Görüşdə tələbələri maraqlandıran suallar Komissiyanın əməkdaşları tərəfindən ətraflı cavablandırılmışdır.
Seminarin sonunda Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Flora Kərimova sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələri üzrə Komissiyanın həyata keçirdiyi tədbirləri, o cümlədən Komissiya və Universitet arasındakı əməkdaşlığı yüksək qiymətləndirmişdir.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online 1
Dünən 228
Bu gün 14
Ümumi 3651
IP 54.221.17.234

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.