Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetmə ixtisasının tələbələri üçün “Müsabiqənin test imtahanı mərhələsinin keçirilmə qaydaları” və “Müsabiqənin müsahibə mərhələsinin keçirilmə qaydaları” mövzularında növbəti açıq dərs keçirilmişdir.

2017-04-29

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələri üzrə Komissiyanın tədbirlər planına uyğun olaraq Komissiyanın əməkdaşları tərəfindən 28 aprel 2017-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetmə ixtisasının tələbələri ilə görüş keçirilmişdir.
Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Flora Kərimova çıxışında “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın Naxçıvan təhsil tarixindəki mühüm əhəmiyyətindən bəhs edib və sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırmışdır.
Görüşdə Komissiyanın baş məsləhətçi-hüquqşünası Zaman Bağırov “Müsabiqənin test imtahanı mərhələsinin keçirilmə qaydaları” mövzusunda açıq dərs keçirmişdir. Mövzu ilə əlaqədar qeyd edilmişdir ki, test imtahanının məqsədi dövlət qulluğuna qəbul edilmək üçün Komissiyada namizəd kimi qeydiyyatdan keçmiş Azərbaycan Respublikası vətəndaşlarının dünyagörüşü, o cümlədən Azərbaycan və Naxçıvan haqqında ümumi biliklərinin, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və informasiya texnologiyalarından istifadə üzrə biliklərinin, məntiqi düşünmə qabiliyyətlərinin yoxlanılmasıdır. Qanunvericiliyin tələbinə əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, ayda bir dəfədən az olmayaraq test imtahanları keçirilməlidir. Test imtahanında iştirak etmək üçün onlayn qeydiyyatdan keçmiş namizədlər şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə imtahanında iştirak edirlər. Test imtahanından müvəffəqiyyətlə keçən şəxslərə isə Komissiya tərəfindən sertifikat verilir.
Daha sonra Komissiyanın sektor müdiri Türkan Gülməmmədli slaydlar vasitəsilə hazırlanmış “Müsabiqənin müsahibə mərhələsinin keçirilmə qaydaları” mövzusu ilə əlaqədar bildirmişdir ki, müsahibənin keçirilməsində əsas məqsəd namizədin vakant vəzifə üzrə bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü, zəruri olan digər keyfiyyətlərini yoxlayaraq vakant vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə test imtahanından keçdiyini təsdiq edən sertifikantın qüvvədə olduğu şəxslər iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxslər sənəd qəbulu elan edildiyi gündən 30 gün müddətində sənədlərlə birlikdə Komissiyaya müraciət edirlər. Müsahibə sənəd qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir. 16 və daha çox bal toplamış namizədlər isə müsahibədən keçmiş hesab olunurlar.
Görüşdə tələbələri maraqlandıran suallar Komissiyanın əməkdaşları tərəfindən ətraflı cavablandırılmışdır.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 5
Bu gün: 39
Bu ay: 39
Ümumi: 655445

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.