Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

“Dövlət orqanlarında əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda seminar keçirilmişdir.

2017-10-13

12 oktyabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında 52 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Dövlət orqanlarında əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda seminar keçirilmişdir.
“Dövlət orqanlarında əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati vəzifə tutan dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri nizama salır. Yardımçı vəzifə tutan dövlət qulluqçularının əmək münasibətləri həmin Qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Mövcud qanunvericiliyin düzgün tətbiq olunması üçün mütəmadi olaraq seminarlar təşkil edilir. Lakin bəzi hallarda qanunvericiliyin, xüsusən də əmək münasibətlərini tənzimləyən normaların pozuntusu halları müşahidə olunur ki, bu da dövlət orqanlarının qərarlarının ləğv olunmasına, bəzi hallarda isə məhkəmə çəkişmələrinə gətirib çıxarır. Bugünkü seminarın məqsədi dövlət orqanlarında əmək münasibətlərinin tənzimlənməsi qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılması və tətbiqinin təmin edilməsidir.
Daha sonra Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin sədri Hicran Muradov “İnzibati icraat haqqında” Qanunun və əmək qanunvericiliyinin dövlət orqanlarda tətbiqi zamanı yaranan problemlər” mövzusunda çıxış etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkəmizin bütün sahələrində olduğu kimi dövlət quruculuğu və hüquq sistemində də köklü islahatlar aparılmışdır. Azərbaycan xalqının milli, mədəni və tarixi ənənələrinə söykənərək hüquqi, demokratik dövlət yaradılmasına və vətəndaş cəmiyyətinin bərqərar edilməsinə böyük imkanlar yaradan bu islahatlar ilk növbədə insan hüquqlarının daha etibarlı şəkildə təmin edilməsinə xidmət edir. Ölkəmizdə bu istiqamətdə həyata keçirilərı hüquqi islahatların davamı kimi növbəti addım "İnzibati İcraat haqqında" Azərbaycan Respublikası Qanunu və İnzibati Prosessual Məcəlləsinin qəbul edilməsi olmuşdur.
Bu Qanun inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydaların müəyyən edir, eyni zamanda bu qanunun müddəaları inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
Hicran Muradov məhkəmə təcrübəsində sözügedən qanunların tətbiqi zamanı yaranmış problemlərdən danışmış və dövlət orqanları tərəfindən vətəndaşların müraciətlərinə baxılması, dövlət qulluğuna xitam verilməsi, intizam tənbehlərinin tətbiq edilməsi zamanı buraxılmış nöqsanlardan, həmçinin qanunda nəzərdə tutulmuş inzibati orqanların və onların vəzifəli şəxslərinin məsuliyyət daşıması məsələlərindən danışmış və mövcud qanunvericiliyin tələblərini seminar iştirakçılarının diqqətinə çatdırmışdır.
Çıxışlardan sonra seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 10
Bu gün: 50
Bu ay: 50
Ümumi: 655624

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.