Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Naxçıvan Muxtar Respublikasının vergi orqanlarında vakant vəzifələrin tutulması üçün test imtahanı keçirilmişdir.

2017-11-06

Vergi orqanlarında vakant vəzifələrinin tutulması üçün bu il oktyabr ayının 2-də elan edilmiş müsabiqəyə 33 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 32 namizəd sənəd təqdim etmişdir.
İmtahan başlanmamışdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilmişdir. Test imtahanları mərhələsində namizədlərə ixtisas üzrə 90, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla 100 sual təqdim edilmişdir. İmtahanda iştirak edən 32 nəfərdən 1 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır. Sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilmişdir.
Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir. Test imtahanında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşları müşahidəçi kimi iştirak etmişlər.
Test imtahanlarının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilmişdir.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 12
Bu gün: 41
Bu ay: 41
Ümumi: 655615

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.