Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Dövlətçiliyimiz
Aktual keçidlər

Dövlət qulluqçularının andiçmə mərasimi keçirilib.

2017-12-18

16 dekabr 2017-ci il tarixdə Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 12 iyul 2017-ci il tarixdə elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının təntənəli andiçmə mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirdi ki, ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə gəlişi ilə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində daha geniş islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu öndərimizin təşəbbüsü və müəllifliyi ilə hazırlanan ilk milli Konstitusiya müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamışdır.

İsmayıl Qəribli çıxışında onuda vurğuladı ki, dövlət qulluğunda səmərəliliyinin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin, maddi müstəqilliyinin təmin edilməsi və eyni zamanda məsuliyyətlərinin artırılması məqsədilə 2000-ci il 21 iyul tarixində respublikamızda ilk dəfə olaraq “Dövlət qulluğu haqqında” qanun qəbul edilmişdir. Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində qəbul olunmuş ilk qanunun çox böyük əhəmiyyəti olmuşdur. Belə ki, qanunun qəbul edilməsi ilə Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşmasının əsası qoyuldu, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri müəyyənləşdirilmişdir. Qanunda dövlət qulluğu və dövlət qulluqçusu anlayışlarının mahiyyəti göstərilmiş, dövlət qulluğunun prinsipləri, habelə dövlət qulluqçularının hüquq və vəzifələri öz əksini tapmışdır.
Muxtar respublikada dövlət qulluğunun səmərəli təşkili və idarə olunması məsələlərindən danışan İsmayıl Qəribli bildirdi ki, Ali Məclisi Sədrinin 2008-ci il 22 aprel tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması vətəndaşların mərkəzləşdirilmiş qaydada dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə geniş imkanlar açmışdır. Komissiya tərəfindən indiyədək keçirilmiş 14 müsabiqədə 4569 namizəd iştirak etmiş, onlardan 983 nəfər müsabiqəni müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur. Muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının təqribən 38,5 faizi Komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış, müasir dünyagörüşünə malik, qanunvericilik və informasiya texnologiyaları üzrə bilikləri, habelə məntiqi düşüncə qabilliyyəti olan dövlət qulluqçularıdır.

Sonra müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında işə başlamış namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanuna uyğun surətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə təntənəli surətdə and içdilər. Komissiya sədri dövlət qulluqçularının anda sadiq qalacaqlarına, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə etdi, onlara gələcək fəaliyyətlərində uğurlar, dövlətimizə hər zaman sədaqətli olmağı və göstərilən bu etimadı işlərində doğrultmağı arzuladı. Andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqələri təqdim edildi, xatirə şəkli çəkdirildi, sonra mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış oldular.
Xatırladaq ki, müsabiqəyə 642 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 744 nəfər sənəd təqdim etmişdir. Müsabiqənin test imtahanları mərhələsində 722 namizəd iştirak etmiş, 389 namizəd keçid balını toplaya bilmişdir. Test imtahanında və müsahibə mərhələsində müvəffəqiyyət qazanmış namizədlərdən 167-si vakant vəzifələrə təyin olunmuşlar. Onlardan ilk dəfə dövlət qulluğuna qəbul edilmiş 133 nəfər andiçmə mərasimində iştirak etmişdir.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online: 10
Bu gün: 49
Bu ay: 49
Ümumi: 655623

Baslanma tarixi: 01 aprel 2017


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.