Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Sənədin elektron variantı

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I


"Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifəsinin tutulması
məqsədi ilə müsahibə elanının Forması"nın təsdiq edilməsi haqqında



      Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 07 iyul tarixli 70-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası"nın 2.4-cü bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

      "Naxçıvan Muxtar Respublikasında dövbt qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə elanının Forması" təsdiq edilsin (əlavə olunur).





Naxçıvan Muxtar Respublikasının
Baş naziri:                                                                                                Ə.Baxşıyev

«18» dekabr 2017-ci il
№ 140



Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2017-ci il
18 dekabr tarixli 140 nömrəli
qərarı ilə təsdiq edilmişdir


Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu
vəzifəsinin tutulması məqsədi ilə müsahibə elanının

F O R M A S I

Dövlət orqanlarmda vakant dövlət qulluğu vəzifələrinin
tutulması üçün müsahibə elan edilir

1.   Müsahibədə test imtahanından keçmiş və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (bundan sonra - Komissiya) tərəfındən sertifıkat verilmiş namizədlər iştirak edə bilərlər.
2.  Namizəd dövbt qulluğunun müvafıq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifıkata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd "Dövlət qulluğu üzrə müraciət Forması" vasitəsilə Komissiyanın internet portalına (bundan sonra - portal) daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafıq düzəlişlər etməli, həmin məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
3.   Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliyin tələblərinə cavab verməlidir. Qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Komissiya tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Qeydlər:
1. Bu Formanın 2-ci hissəsində "Dövlət qulluğu üzrə müraciət Forması" dedikdə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 9 sentyabr tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları"na əlavədə göstərilmiş Forma nəzərdə tutulur.
2.  Qanunvericiliyə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.
3. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir.
4.  Müsahibə proqramları ilə portaldan tanış olmaq olar.
5. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları portalda yerləşdiriləcək müsahibələrin keçirilmə qrafıkindən əldə edə bilərlər.

Əlaqə məlumatları:    Komissiyaya aid əlaqə məlumatları:

 

Dövlət orqanı_________________________________________________
Struktur bölmə_________________________________________________
Vakant inzibati vəzifənin adı və vakansiya sayı ______________________
______________________________________________________________
Vakant inzibati vəzifənin kodu____________________________________
Vakant inzibati vəzifənin təsnifatı _________________________________
Aylıq vəzifə maaşı______________________________________________
İş yerinin ünvanı_______________________________________________
Qulluq funksiyaları_____________________________________________
Vakant inzibati vəzifənin tutulması şərtləri _________________________
_____________________________________________________________
Müsahibədə iştirak etmək hüququ verən sertifıkat___________________
Müsahibə elanının tarixi_________________________________________
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət_______________

 


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı