Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Namizədlərin nəzərinə

Müsabiqədə iştirak etmək istəyən şəxslər “Elektron müraciət formasında” aşağıdakı məlumatları qeyd etməlidirlər:
  • Şəxsi məlumatlar (şəxsiyyət vəsiqəsində qeyd olunmuş məlumatlar)
  • Əlaqə üçün məlumatlar (qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan, telefon nömrələri, e-mail ünvanı və sair)
  • Dövlət qulluğuna qəbulla bağlı tələb olunan məlumatlar
  • Əmək fəaliyyəti ilə bağlı məlumatlar (əmək kitabçasında qeyd olunmuş məlumatlar)
  • Təhsillə bağlı məlumatlar (ali təhsil haqqında sənəddə-diplomda və qiymət cədvəlində qeyd olunmuş məlumatlar)
  • Namizədin iddia etdiyi vakant vəzifələr üzrə məlumatlar (vəzifənin kodu, dövlət orqanının adı, tabe təşkilatın adı, struktur bölmə və vəzifə)
  • Müsabiqəyə sənəd təqdim edən namizədlərin nəzərinə çatdırılır ki, ixtisas və digər məsələlərlə bağlı məlumatlar iddia edilən vakant vəzifənin tutulma şərtlərinə uyğun olmalıdır.
  • Mobil telefon, planşet və digər yardımçı vasitələrlə qeydiyyatdan keçərkən bəzi problemlər aşkarlanıb. Ona görə də kompüterdən istifadə etməklə qeydiyyatdan keçməyiniz tövsiyə olunur.

Elektron müraciət formasının doldurulması üçün təlimat

  1. Müsabiqədə iştirak etmək istəyən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsində göstərilən tələblərə uyğun olmalıdır.

  2. Şəxsiyyət vəsiqəsi “Şəxsiyyət vəsiqəsinə dair tələblərə” uyğun olmalıdır.

  3. Fotoşəkil informasiya daşıyıcılarından və ya kompüterin digər yaddaş qurğularından istifadə etməklə anketə daxil edilməli, 3x4 sm ölçüdə, JPG formatında olmalı və həcmi 50 kb-dan çox olmamalıdır.

  4. Əmək fəaliyyəti yalnız əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında doldurulmalıdır.

  5. Təhsillə bağlı məlumatlar təhsil sənədlərində göstərilmiş dəqiqliklə doldurulmalı, xarici ölkələrin təhsil müəssisələrində təhsil almış şəxslər diplomla yanaşı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş tanınma şəhadətnaməsinin (Nostrifikasiya şəhadətnaməsi) məlumatlarını da daxil etməlidirlər.

  6. Namizəd iddia etdiyi vakant vəzifə üzrə məlumatları qeyd etmək üçün vəzifə kodundan istifadə etməlidir. Vəzifə kodunu sənəd qəbulu elanında verilmiş vakant vəzifələr haqqında məlumatlardan əldə etmək olar. Göstərilən bölmədə vakant vəzifənin tutulma şərtləri (vəzifə təlimatı) qeyd olunmuşdur. Namizəd iddia etdiyi vəzifənin kodunu elektron ərizənin müvafiq xanasında seçdikdə həmin vəzifə haqqında digər məlumatlar da elektron ərizədə görünür.

  7. Elektron müraciət forması doldurulduqdan sonra Qeydiyyat düyməsi sıxılmalıdır.

  8. Namizəd bir neçə dövlət orqanında vakant olan vəzifələrin tutulması üçün müraciət edə bilər.

  9. Namizəd elektron poçt (e-mail) ünvanını mütləq göstərməlidir. Namizədin müraciətinin təsdiq olunması barədə bildiriş qeyd olunmuş e-mail ünvana göndəriləcəkdir.

  10. Namizədlər elektron ərizəni təsdiq etmək məqsədilə qanunvericiliklə müəyyən olunmuş məbləği Komissiyanın “Naxçıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödəməli və ödənişə dair qəbzi Komissiyaya təqdim etməlidirlər.

    Ödənişlə bağlı qəbzi təqdim etməmiş şəxslərin elektron müraciəti Komissiya tərəfindən təsdiq edilməyəcəkdir.


    Qeyd: Elektron ərizənin təsdiqi həftənin iş günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir.


Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.