Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

№347 / 07.08.2019 “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında”

Nazirlər Kabinetinin qərarları

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI


“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 755; 2005, № 12, maddə 1224; 2007, № 2, maddələr 180, 186; 2008, № 2, maddə 120, № 7, maddə 688; 2013, № 12, maddə 1631; 2018, № 2, maddə 344, № 3, maddə 609; 2019, № 2, maddə 367) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Sıra
№-si

 

Aylıq vəzifə maaşının məbləği
(manatla)

1.

Ali kateqoriya dövlət orqanlarında

310

2.

1-ci kateqoriya dövlət orqanlarında

295

3.

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

280

4.

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında

260


2. Bu Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri
Novruz MƏMMƏDOV

Bakı şəhəri, 7 avqust 2019-cu il
№ 174


Sənədin elektron variantı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı