Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz

Aktual keçidlər

Sənədin elektron variantı

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

“Naxçıvan Muxtar Respublikasının birinci-beşinci kateqoriya
dövlət orqanlarında inzibati vəzifələrin ikinci-yeddinci
təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının
Ümumi Şərtləri”nin təsdiq edilməsi haqqında

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 07 iyul tarixli 70-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar
Respublikasında dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın 2.5-ci bəndinə əsasən Naxçıvan
Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
“Naxçıvan Muxtar Respublikasının birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ikinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”təsdiq edilsin (əlavə olunur).

Naxçıvan Muxtar Respublikasının
Baş naziri:                                                                                                Ə.Baxşıyev

«11» yanvar 2018-ci il
№ 4

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2018-ci il
11 yanvar tarixli 4 nömrəli qərarı
ilə təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasının birinci-beşinci kateqoriya
dövlət orqanlarında inzibati vəzifələrin ikinci-yeddinci
təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının

Ü M U M İ Ş Ə R T L Ə R İ

1. Bu Ümumi Şərtlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 07 iyul tarixli 70-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın 2.5-ci bəndinə uyğun olaraq hazırlanmışdır və Naxçıvan Muxtar Respublikasının birinci (Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi), ikinci-beşinci kateqoriya dövlət orqanlarında (Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin ikinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtlərini (bundan sonra - Ümumi Şərtlər) müəyyən edir.

2.Naxçıvan Muxtar Respublikasının birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ikinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə vəzifə təlimatları (bundan sonra - vəzifə təlimatları) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi Ümumi Şərtlərə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (bundan sonra – Komissiya) ilə razılaşdırmaqla, müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən qəbul edilir.

3.Ümumi Şərtlər “Təhsilə dair tələblər”, “İş stajına dair tələblər” və “Bilməlidir” hissələrindən ibarətdir.

4. “Təhsilə dair tələblər” hissəsində vəzifənin tutulması üçün zəruri olan ali təhsil müəyyən edilir. Vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında təhsilə dair aşağıdakı tələblərdən biri müəyyən edilir:
ixtisas (ixtisaslar);
ixtisas istiqaməti (ixtisas istiqamətləri) və ya ixtisaslar qrupu (ixtisaslar qrupları);
ixtisas istiqaməti (ixtisas istiqamətləri) və ya ixtisaslar qrupu (ixtisaslar qrupları) və ixtisas (ixtisaslar).
Vəzifənin qulluq funksiyaları nəzərə alınaraq vəzifə təlimatlarında ixtisas, ixtisas istiqaməti və ya ixtisaslar qrupu göstərilmədən ali təhsil müəyyən edilə bilər.

5. “İş stajına dair tələblər” hissəsində vəzifənin tutulması üçün zəruri olan ümumi iş stajına və dövlət qulluğunda qulluq stajına dair tələb müəyyən edilir. Ümumi Şərtlərdə iş stajına və dövlət qulluğunda qulluq stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:
struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə qulluq funksiyaları;
vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil.
Ümumi Şərtlərdə iş stajına dair tələb nəzərdə tutulduğu halda, vəzifənin qulluq funksiyaları nəzərə alınaraq vəzifə təlimatlarında sahə göstərilmədən iş stajı və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilə bilər.
Ümumi Şərtlərdə dövlət qulluğunda qulluq stajına dair tələb nəzərdə tutulduğu halda, vəzifə təlimatlarında vəzifə üzrə tələb olunan ixtisas dərəcəsi müəyyən edilə bilər.

6. “Bilməlidir” hissəsində vəzifənin tutulması üçün zəruri olan minimal biliklər müəyyən edilir. Vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında digər zəruri biliklər müəyyən edilir, habelə xarici dil və kompüter biliklərinə dair tələblər də nəzərdə tutula bilər.

7. Naxçıvan Muxtar Respublikasının birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ikinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması məqsədi ilə dövlət orqanları vəzifə təlimatlarını digər aidiyyəti sənədlərlə birlikdə Komissiyaya təqdim edirlər. Təqdim edilmiş sənədlərdə hər hansı dəyişiklik olduqda, dövlət orqanı bu barədə 1 (bir) ay müddətində Komissiyaya məlumat verməlidir. Komissiya məlumatları “Vəzifələr haqqında məlumat bazası”na daxil edir.

8. Müvafiq vəzifələr üzrə Ümumi Şərtlər aşağıdakı kimi müəyyən edilir:

8.1. İnzibati vəzifələrin ikinci təsnifatı:
8.1.1. aparat rəhbəri
Təhsilə dair tələblər: ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda rəhbər vəzifələr üzrə 4 ildən az olmamaqla 7 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 6 ildən az olmamaqla 10 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;

8.2. İnzibati vəzifələrin üçüncü təsnifatı:
8.2.1. şöbə müdiri
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda rəhbər vəzifələr üzrə 2 ildən az olmamaqla 6 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 3 ildən az olmamaqla 9 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;

8.3. İnzibati vəzifələrin dördüncü təsnifatı:
8.3.1. sektor müdiri
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 5 il iş stajı;

8.3.2. baş mühasib
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 5 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini;
8.3.3. baş məsləhətçi
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 4 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları;
8.3.4. böyük məsləhətçi
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları;
8.3.5. aparıcı məsləhətçi, məsləhətçi
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 il iş stajı;

8.3.6. şöbə müdirinin müavini
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 5 il qulluq stajı və yaxud 7 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;

8.4. İnzibati vəzifələrin beşinci təsnifatı:
8.4.1. sektor müdiri
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 4 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
8.4.2. baş mühasib
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 4 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları;
8.4.3. baş məsləhətçi
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları;
8.4.4. böyük məsləhətçi
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 il iş stajı;

8.4.5. aparıcı məsləhətçi, məsləhətçi, hakimin köməkçisi, məhkəmə iclasının katibi
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: tələb müəyyən edilmir;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları;
8.4.6. dövlət orqanı rəhbərinin köməkçisi
Təhsilə dair tələblər: ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 1 il qulluq stajı və yaxud 3 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
8.4.7. aparat rəhbəri
Təhsilə dair tələblər: ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda rəhbər vəzifələr üzrə 2 ildən az olmamaqla 4 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 3 ildən az olmamaqla 7 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
8.4.8. şöbə müdiri
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda rəhbər vəzifələr üzrə 1 ildən az olmamaqla 4 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 2 ildən az olmamaqla 6 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, qanunvericiliklə müəyyən olunmuş dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
8.4.9. şöbə müdirinin müavini
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 3 il qulluq stajı və yaxud 5 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
8.4.10. mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların rəhbərləri
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda rəhbər vəzifələr üzrə 1 ildən az olmamaqla 4 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 3 ildən az olmamaqla 6 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikasının dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
8.4.11. mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri
Təhsilə dair tələblər: ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda rəhbər vəzifələr üzrə 1 ildən az olmamaqla 4 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 3 ildən az olmamaqla 6 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;

8.5. İnzibati vəzifələrin altıncı təsnifatı:
8.5.1. sektor müdiri
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xətalar qanunvericiliyinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
8.5.2. baş mühasib
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları;
8.5.3. baş məsləhətçi
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları;
8.5.4. böyük məsləhətçi
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları;
8.5.5. aparıcı məsləhətçi, məsləhətçi, hakimin köməkçisi, məhkəmə iclasının katibi
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: tələb müəyyən edilmir;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları;
8.5.6. mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələrinin, mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların yerli bölmələrinin rəhbərləri
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 3 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 1 ildən az olmamaqla 4 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
8.5.7. mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 3 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 1 ildən az olmamaqla 4 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;

8.6. İnzibati vəzifələrin yeddinci təsnifatı:
8.6.1. sektor müdiri
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
8.6.2. baş mühasib, baş məsləhətçi
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları;
8.6.3. böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, hakimin köməkçisi, məhkəmə iclasının katibi
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: tələb müəyyən edilmir;
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları.
Qeyd. Bu Ümumi Şərtlərin məqsədləri üçün “rəhbər vəzifə” dedikdə, bir və ya bir neçə şəxsin idarə edilməsinə, vəzifələrinin icrası ilə əlaqədar olaraq qərar qəbul edilməsinə, idarəetmə funksiyalarının həyata keçirilməsinə imkan verən vəzifələr başa düşülür.
Namizədlərin nəzərinə

Faydalı keçidlər

Sayğac
Online 4
Dünən 679
Bu gün 364
Ümumi 46719

Başlanma tarixi: 01 fevral 2018

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2018 © Bütün hüquqlar qorunur.   Yuxarı