Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Sənədin elektron variantı

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN FƏRMANI

F Ə R M A N I


“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın yaradılması haqqında

Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu üzrə məsələlərin tənzimlənməsi məqsədi ilə və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamənin layihəsini hazırlayıb təqdim etsin;
2.2. həmin Komissiyanın strukturu və say tərkibi barədə təkliflərini təqdim etsin;
2.3. bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri                                                                                                VASİF TALIBOV

Naxçıvan şəhəri, 22 aprel 2008-ci il
№ 118-III FR

Namizədlərin nəzərinə
Untitled Document
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.   Yuxarı