Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Fərmanlar

"Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı"nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. "Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı" təsdiq edilsin (əlavə olunur).
2. Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyun 2008-ci il
№ 776


Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 20 iyun tarixli 776 nömrəli
Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR


Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının

SİYAHISI

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na uyğun olaraq:
1. ali - 5-ci kateqoriya dövlət orqanlarında administrasiya (aparat) rəhbərləri və administrasiya (aparat) rəhbərlərinin müavinləri, işlər müdirləri və işlər müdirlərinin müavinləri, şöbə müdirləri və şöbə müdirlərinin müavinləri;
2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində inzibati vəzifələrin ali - ikinci təsnifatlarında qulluq keçən dövlət qulluqçuları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında və Azərbaycan Respublikası Prezidentinin Katibliyində sektor müdiri, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində şöbə müdiri, onun müavinləri, habelə müstəqil struktur vahidi olan sektorun müdiri.
3. kollegial orqanların fəaliyyətini təmin edən dövlət orqanlarının rəhbərləri (katib və s.) və rəhbər müavinləri;
4. 3-cü - 5-ci kateqoriya dövlət orqanlarının (mərkəzi, yerli icra hakimiyyəti orqanları və məhkəmələr istisna olmaqla) rəhbərləri və rəhbərlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının müavinləri, yerli icra hakimiyyəti başçılarının yanında olan orqanların rəhbərləri və rəhbərlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri və nümayəndələrinin müavinləri;
5. Ali - 5-ci kateqoriya dövlət orqanlarında sədrin (rəhbərin) köməkçiləri və müşavirləri, Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçisi, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin köməkçisi, İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri və rəhbərinin müavini.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

  1. 13 fevral 2009-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 fevral 2009-cu il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 66)
  2. 24 iyun 2009-cu il tarixli 109 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 iyun 2009-cu il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 421)
  3. 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)
  4. 15 mart 2010-cu il tarixli 237 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 mart 2010-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 188)
  5. 24 may 2010-cu il tarixli 266 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 may 2010-cu il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №05, maddə 395)
  6. 10 iyun 2010-cu il tarixli 278 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 iyun 2010-cu il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №6, maddə 493)
  7. 2 dekabr 2013-cü il tarixli 40 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1507)
  8. 20 noyabr 2015-ci il tarixli 689 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1319)
  9. 24 dekabr 2015-ci il tarixli 715 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 25 dekabr 2015-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1469)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə "Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı"nın "1. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında" hissəsində ismin müvafiq hallarında "Prezidentinin İcra Aparatı" sözləri ismin müvafiq hallarında "Prezidentinin Administrasiyası" sözləri ilə əvəz edilmişdir.

13 fevral 2009-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 fevral 2009-cu il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 66) ilə "Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı"nın 3-cü, 3.1-ci və 3.2-ci bəndlərində "Azərbaycan Respublikasının Prezidenti yanında" sözləri "Azərbaycan Respublikası Prezidentinin" sözləri ilə əvəz edilmişdir.

15 mart 2010-cu il tarixli 237 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 mart 2010-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 188) ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”na 12.4-cü və 12.5-ci bəndlər əlavə edilmişdir.

24 iyun 2009-cu il tarixli 109 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 iyun 2009-cu il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 421) ilə Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın 34-cü bəndindən “regional” və “ikili tabelikdə olan” sözləri çıxarılmışdır.

24 may 2010-cu il tarixli 266 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 may 2010-cu il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №05, maddə 395) ilə "Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı"nın mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında:
1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
1.2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini
1.3. Azərbaycan Respublikasının Dövlət müşaviri
1.4. Azərbaycan Respublikası Prezidentinin müşaviri
1.5. Azərbaycan Respublikası Prezidentinin köməkçisi
1.6. Təhlükəsizlik Şurasının katibi
1.7. Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi
1.8. Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi
1.9. Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəis müavini
1.10. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində:
2.1. Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri və İşlər müdirinin müavini
2.2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
3. Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində:
3.1. Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi və rəis müavini
3.2. Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
4. Azərbaycan Respublikası Milli Məclisinin Aparatında:
4.1. Azərbaycan Respublikasının Milli Məclisi Aparatının rəhbəri və Aparat rəhbərinin müavini
4.2. Azərbaycan Respublikasının Milli Məclisi Aparatının təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
5. Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsində:
5.1. Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdiri və İşlər müdirinin müavini
5.2. Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında:
6.1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Aparatının rəhbəri və Aparat rəhbərinin müavini
6.2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatının təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İşlər İdarəsində:
7.1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İşlər müdiri və İşlər müdirinin müavini
7.2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İşlər İdarəsinin təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında:
8.1. Azərbaycan Respublikasının Ali Məhkəməsi Aparatının rəhbəri və Aparat rəhbərinin müavini
8.2. Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində:
9.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər müdiri və İşlər müdirinin müavini
9.2. Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsinin təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
10. Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri
11. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında:
11.1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri
11.2. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında:
12.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının rəhbəri
12.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri
12.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
12.4. Azərbaycan Respublikası Baş nazirinin müşaviri
12.5. Azərbaycan Respublikası Baş nazirinin köməkçisi
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində:
13.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri və İşlər müdirinin müavini
13.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
14. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatında:
14.1. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının rəhbəri
14.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatının təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
15. Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin aparatlarında:
15.1. Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin aparat rəhbərləri və aparat rəhbərlərinin müavinləri
15.2. Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin aparatlarının təminedici və yardımçı şöbə müdirləri və şöbə müdirlərinin müavinləri
16. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında:
16.1. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri
16.2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
17. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında:
17.1 Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Aparatının rəhbəri və Aparat rəhbərinin müavini
17.2. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Aparatının təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
18. Azərbaycan Respublikası Hesablama Palatasının Aparatında:
18.1. Azərbaycan Respublikasının Hesablama Palatası Aparatının rəhbəri və Aparat rəhbərinin müavini
18.2. Azərbaycan Respublikasının Hesablama Palatası Aparatının təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
19. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatında:
19.1. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Aparatının rəhbəri
19.2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Aparatının təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
20. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin Aparatında:
20.1. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi Aparatının rəhbəri
20.2. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi Aparatının təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
21. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin Aparatında:
21.1. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi Aparatının rəhbəri
21.2. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi Aparatının təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
22. Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsinin Aparatında:
22.1. Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsi Aparatının rəhbəri və Aparat rəhbərinin müavini
22.2. Ağır Cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar. Respublikası Məhkəməsi Aparatının təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
23. Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsinin Aparatında:
23.1. Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi Aparatının rəhbəri və Aparat rəhbərinin müavini
23.2. Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi Aparatının təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
24. Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında:
24.1. Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombusmanın) Aparatının rəhbəri və Aparat rəhbərinin müavini
24.2. Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombusmanın) Aparatının təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
25. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında:
25.1. Azərbaycan Respublikasının nazirliklərinin, dövlət komitələrinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının aparat rəhbərləri və aparat rəhbərlərinin müavinləri
25.2. Azərbaycan Respublikasının nazirliklərinin, dövlət komitələrinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarının təminedici və yardımçı şöbə müdirləri və şöbə müdirlərinin müavinləri
26. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında:
26.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının aparat rəhbərləri və aparat rəhbərlərinin müavinləri
26.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarının təminedici və yardımçı şöbə müdirləri şöbə müdirlərinin müavinləri
27. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında:
27.1. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aparat rəhbərləri və aparat rəhbərlərinin müavinləri
27.2. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarının şöbə müdirləri və şöbə müdirlərinin müavinləri
28. Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatında:
28.1. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Aparatının rəhbəri və Aparat rəhbərinin müavini
28.2. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatının təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
29. Milli Televiziya və Radio Şurasının Aparatında:
29.1. Milli Televiziya və Radio Şurası Aparatının rəhbəri və Aparat rəhbərinin müavini
29.2. Milli Televiziya və Radio Şurası Aparatının təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
30. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentlikləri və dövlət xidmətlərinin aparatlarında:
30.1. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentlikləri və dövlət xidmətlərinin rəhbərləri və rəhbər müavinləri
30.2. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentlikləri və dövlət xidmətlərinin aparat rəhbərləri
31. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatında:
31.1. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparat rəhbəri və Aparat rəhbərinin müavini
31.2. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatının təminedici və yardımçı şöbəsinin müdiri və şöbə müdirinin müavini
32. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərinin rəhbərləri və rəhbər müavinləri
33. Yerli icra hakimiyyəti orqanlarının aparatlarında:
33.1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
33.2. rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçılarının müavinləri
33.3. rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçılarının aparat rəhbərləri və aparat rəhbərlərinin müavinləri
34. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan, tabeliyində olan regional orqanlarının, ikili tabelikdə olan yerli bölmələrinin rəhbərləri və rəhbər müavinləri
35. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan orqanların rəhbərləri və rəhbər müavinləri


2 dekabr 2013-cü il tarixli 40 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1507) ilə “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nın 1-ci hissədə “1 - 7-ci kateqoriya” sözləri “ali - 5-ci kateqoriya” sözləri ilə əvəz edilmişdir.

2 dekabr 2013-cü il tarixli 40 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1507) ilə “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nın 2-ci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirilməsini bilavasitə təmin edən dövlət müşaviri, müşavir, köməkçi, Təhlükəsizlik Şurasının katibi, mətbuat katibi, Protokol xidmətinin rəisi və rəis müavini, tibbi təminatını həyata keçirən dövlət orqanının rəisi və rəis müavini;

20 noyabr 2015-ci il tarixli 689 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1319) ilə “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nın 2-ci hissəsində “habelə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində şöbə müdirləri və onların müavinləri” sözləri “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində şöbə müdiri və onun müavinləri, habelə Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin xidmətində müstəqil struktur vahidi olan sektorun müdiri” sözləri ilə əvəz edilmişdir.

24 dekabr 2015-ci il tarixli 715 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Respublika” qəzeti, 25 dekabr 2015-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1469) ilə “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nın 2-ci hissəsində “və onun müavinləri, habelə Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin xidmətində müstəqil struktur vahidi olan sektorun müdiri” sözləri “, onun müavinləri, habelə müstəqil struktur vahidi olan sektorun müdiri” sözləri ilə əvəz edilmişdir.

2 dekabr 2013-cü il tarixli 40 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1507) ilə “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nın 4-cü hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:
4. 6-cı və 7-ci kateqoriya dövlət orqanlarının (mərkəzi, yerli icra hakimiyyəti orqanları və məhkəmələr istisna olmaqla) rəhbərləri və rəhbər müavinləri, yerli icra hakimiyyəti başçılarının müavinləri, yerli icra hakimiyyəti orqanlarının ərazi vahidləri üzrə nümayəndələri və nümayəndələrinin müavinləri, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan orqanların rəhbərləri və rəhbər müavinləri;

10 iyun 2010-cu il tarixli 278 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 iyun 2010-cu il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №6, maddə 493) ilə "Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı"nın 5-ci bəndində "müşaviri," sözündən sonra "Baş nazirinin müavininin köməkçisi," sözləri əlavə edilmişdir.

2 dekabr 2013-cü il tarixli 40 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1507) ilə “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nın 5-ci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:
5. 1-7-ci kateqoriya dövlət orqanlarına aid qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının bilavasitə sədr (rəhbər) köməkçiləri, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Baş nazirinin köməkçisi və müşaviri, Baş nazirinin müavininin köməkçisi, İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçisi, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, Azərbaycan Respublikasının Hesablama Palatası sədrinin köməkçisi.

Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.