Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Fərmanlar

"İcra hakimiyyəti orqanlarında onlara həvalə edilmiş funksiyalara

görə təminedici və yardımçı bölmələrin Siyahısı"nın
təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "İcra hakimiyyəti orqanlarında onlara həvalə edilmiş funksiyalara görə təminedici və yardımçı bölmələrin Siyahısı" təsdiq edilsin (əlavə olunur).
2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2003-cü il
№ 937


Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 22 oktyabr tarixli 937 nömrəli Fərmanı
ilə TƏSDİQ EDİLMİŞDİR

İcra hakimiyyəti orqanlarında onlara həvalə edilmiş
funksiyalara görə təminedici və yardımçı bölmələrin
SİYAHISI



Təminedici bölmələr – mövcud qanunvericiliyə əsasən icra hakimiyyəti orqanlarına həvalə olunmuş vəzifə, funksiya və səlahiyyətləri bilavasitə həyata keçirən bölmələr, eləcə də kadr, hüquq, iqtisadiyyat, maliyyə, beynəlxalq əlaqələr, ümumi, məxfi (xüsusi) bölmələr (şöbələr, sektorlar).
Yardımçı bölmələr – icra hakimiyyəti orqanlarının fəaliyyət göstərməsi ilə bağlı təminatı həyata keçirən bölmələr (İşlər idarəsi, mühasibat uçotu və hesabatı idarəsi (şöbəsi), təsərrüfat idarəsi (şöbəsi), məlumat, informasiya bölmələri və digər bölmələr).
Mərkəzi icra hakimiyyəti orqanlarının aparatında (və ya onların fəaliyyətini təmin edən qurumlarda) konkret olaraq adları göstərilməklə təminedici və yardımçı bölmələrin siyahısı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən təsdiq olunur.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 12 mart 2007-ci il tarixli 548 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 227)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

12 mart 2007-ci il tarixli 548 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 227) ilə həmin Fərmanla təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarında onlara həvalə edilmiş funksiyalara görə aparıcı və köməkçi bölmələrin Siyahısı"nın adında və mətnində "aparıcı" sözü "təminedici" sözü ilə, "köməkçi" sözü "yardımçı" sözü ilə əvəz edilmişdir.

12 mart 2007-ci il tarixli 548 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 227) ilə birinci abzasında "həvalə olunmuş funksiyaları" sözləri "həvalə olunmuş vəzifə, funksiya və səlahiyyətləri" sözləri ilə əvəz edilmişdir.

12 mart 2007-ci il tarixli 548 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 227) ilə üçüncü abzasında "mərkəzi aparatında" sözləri "aparatında (və ya onların fəaliyyətini təmin edən qurumlarda)" sözləri ilə əvəz edilmişdir.

Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.