Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
DQMK
XƏBƏRLƏR VƏ ELANLAR:

Dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunmaq istəyənlərin nəzərinə: Sonuncu sınaq imtahanı keçiriləcəkdir!
2019-12-11
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunmaq istəyən şəxslər üçün 20, 21, 22 və 24 dekabr 2019-cu il tarixlərdə sınaq imtahanı keçiriləcəkdir. Sınaq imtahanı ixtisas fənni, metodika və təlim strategiyaları və informatika istiqamətləri üzrə olacaqdır. Siz sınaq imtahanında iştirak etməklə güclü və           Ardını oxu...

Test imtahanlarından müvəffəqiyyətlə keçmiş namizədlərin nəzərinə: Müsahibə mərhələsi üçün sənəd qəbulu başlamışdır!
2019-12-09
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 18 sentyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə sənəd qəbulu başlamışdır.
Test imtahanlarından müvəffəqiyyətlə keçmiş namizədlər müsahibə mərhələsində iştirak etmək üçün test imtahanının nəticəsi barədə arayışın onlara               Ardını oxu...

Müsahibə mərhələsinə hazırlaşmaq istəyənlərin nəzərinə!
2019-12-07
Bildirilir ki, 2-6 dekabr 2019-cu il tarixlərdə keçirilmiş test imtahanlarında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təşkil edilmiş hazırlıq kurslarında iştirak edən 79 nəfərdən 64-ü müvafiq keçid balını toplamışdır. Onlardan 8 nəfər 90-95 bal, 11 nəfər 85-89 bal, 15 nəfər 80-84 bal, 23 nəfər 70-79 bal və 7 nəfər isə 65-69 bal intervalında nəticə göstərmişdir.
Komissiya həmin şəxsləri müsahibə mərhələsinə hazırlaşmaq üçün  Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində 5 dekabr - Beynəlxalq Könüllülər Gününə həsr olunan tədbir keçirilib
2019-12-05
Tədbirdə Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev və Ali Məclisi Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək könüllü gəncləri Ardını oxu...

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 18 sentyabr 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanları mərhələsi başlayıb
2019-12-03
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 18 sentyabr 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanları mərhələsinə dekabr ayının 2-dən start verilmişdir. Müsabiqəyə çıxarılan 224 vakant vəzifənin tutulması üçün 573 namizəd sənəd təqdim etmişdir. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar        Ardını oxu...

1 2 3 4 5 6 ...










     
                                   
Untitled Document

Untitled Document
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı