Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə əlaqə Qəbul günləri
Dövlətçiliyimiz


Aktual keçidlər

DQMK
“Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda seminar keçirilib.
2016-12-10
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 55 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda seminar keçirilmişdir. Seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən, Ətraflı...
Namizədlərin nəzərinə!
2016-12-08
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 11 oktyabr 2016-cı il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi 14 dekabr 2016-cı il tarixdən 16 dekabr 2016-cı il tarixədək müəyyən edilmiş qrafik üzrə keçiriləcəkdir. Müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, Komissiyanın və dövlət orqanlarının nümayəndələri iştirak edəcəklər. Müsahibənin obyektiv və şəffaf keçirilməsi üçün müsahibə prosesinin videoçəkilişi aparılacaqdır.

Qeyd: Namizədlərin qrafikdə göstərilən vaxtdan ən azı 30 dəqiqə əvvəl şəxsiyyət vəsiqəsi ilə birlikdə Komissiyanın inzibati binasına gəlmələri xahiş olunur.
Müsahibə qrafiki ilə buradan tanış ola bilərsiniz: Ətraflı...
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin test mərhələsi başlayır.
2016-11-30
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 7 oktyabr 2016-cı il tarixdə elan edilmiş müsabiqə üzrə sənəd qəbulu başa çatmışdır.
Müsabiqənin test imtahanları 2 dekabr 2016-cı il tarixində keçiriləcəkdir. Test imtahanının keçirilmə qrafiki ilə buradan tanış ola bilərsiniz. Ətraflı...
Naxçıvan Muxtar Respublikasının vergi orqanlarında vakant vəzifələrin tutulması üçün test imtahanı keçirilmişdir
2016-11-28
Vergi orqanlarında vakant vəzifələrinin tutulması üçün bu il oktyabr ayının 3-də elan edilmiş müsabiqəyə 31 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 108 namizəd sənəd təqdim etmişdir.
Komissiyanın test mərkəzində 24-25 noyabr 2016-cı il tarixlərdə keçirilən və 99 namizədin iştirak etdiyi müsabiqənin test imtahanları mərhələsində namizədlərə ixtisas üzrə 95, məntiqi təfəkkürün yoxlanılması üzrə 5 sual olmaqla 100 sual təqdim edilmişdir. İmtahanda iştirak edən 99 nəfərdən 13 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır. Ətraflı...
Komissiya tərəfindən dövlət statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin test mərhələsi keçirilməyə başlamışdır.
2016-11-19
Dövlət statistika orqanlarında müsabiqəyə çıxarılan 74 vakant vəzifənin tutulması üçün 192 namizəd sənəd təqdim etmişdir
Qrafikə uyğun olaraq test imtahanları 18 noyabr 2016-cı il tarixdən keçirilməyə başlamışdır. İmtahan başlanmamışdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan qaydaları və test suallarının cavablandırılması haqqında ətraflı məlumat verilmişdir. İmtahanda namizədlərə Ətraflı...
Namizədlərin nəzərinə!
2016-11-18
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 11 oktyabr 2016-cı il tarixdə elan edilmiş müsabiqənin test imtahanlarından uğur qazanmış namizədlərin müsahibədə iştirak etmələri üçün tələb olunan sənədlər.

İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlər müsahibə mərhələsində iştirak etmək üçün test imtahanının nəticəsi barədə arayışın onlara verildiyi tarixdən 10 iş günü müddətinə aşağıdakı sənədləri Komissiyaya təqdim etməlidirlər: Ətraflı...
Dövlət statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin test mərhələsi başlayır.
2016-11-15
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 11 oktyabr 2016-cı il tarixdə elan edilmiş müsabiqə üzrə sənəd qəbulu 8 noyabr 2016-cı il tarixdə başa çatmışdır.
Müsabiqənin test imtahanları 18-22 noyabr 2016-cı il tarixlərində keçiriləcəkdir. Test imtahanının keçirilmə qrafiki ilə buradan tanış ola bilərsiniz. Ətraflı...
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Namizədlərin nəzərinə

Faydalı keçidlər



Sayğac
Online 6
Dünən 382
Bu gün 173
Ümumi 90643

Başlanma tarixi: 01 fevral 2018



Untitled Document


Untitled Document
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2018 © Bütün hüquqlar qorunur.   Yuxarı