Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə əlaqə Qəbul günləri
Dövlətçiliyimiz


Aktual keçidlər

DQMK
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin icra xidmətinə qəbul üçün test imtahanı keçirilmişdir.
2016-11-02
1 noyabr 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin icra xidmətində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanı keçirilmişdir. Müsabiqədə 13 vakant vəzifənin tutulması üçün sənəd təqdim etmiş 17 namizəddən 16-sı test imtahanında iştirak etmişdir. Ətraflı...
Namizədlərin nəzərinə!
2016-10-25
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə elan edilmiş müsabiqə üçün sənəd qəbulu 8 noyabr 2016-cı il tarixə qədər uzadılmışdır. Ətraflı...
Komissiyanın inzibati binasında Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının I kurs tələbələri ilə görüş keçirilmişdir.
2016-10-21
19 oktyabr 2016-cı il tarixdə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli tələbələrə rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verərək bildirmişdir ki, Komissiya dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi Ətraflı...
Yeni müsabiqə elanı
2016-10-11
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 11 oktyabr 2016-cı il tarixdən 25 oktyabr 2016-cı il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında (www.dqmk.nmr.az) elektron xidmətlər bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Bundan başqa, qeydiyyatdan keçməklə bağlı çətinlik çəkən namizədlər Komissiyaya gəlməklə şəxsən müraciət edə bilərlər.
Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar. Ətraflı...
Dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi ilə bağlı keçirilən maarifləndirici seminarlara yekun vurulmuşdur.
2016-09-16
14 sentyabr 2016-cı il tarixdə Culfa rayonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın iş planına uyğun olaraq dövlət qulluqçularının etik davranış qaydaları, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və dövlət orqanlarında kargüzarlığın aparılması qaydaları mövzularında seminar keçirilmişdir. Seminarda İcra Hakimiyyəti başçısının aparatında, mərkəzi icra hakimiyyəti orqanlarının Culfa rayonunda yerləşən qurumlarında və Culfa Rayon Məhkəməsində inzibati vəzifə tutan 82 dövlət qulluqçusu iştirak etmişdir.
Seminarı Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Qasımov giriş sözü ilə açaraq keçirilən tədbirin əhəmiyyətindən danışmışdır. Ətraflı...
Komissiyanın iş planına uyğun olaraq Babək rayonunda dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi ilə bağlı maarifləndirici seminar keçirilmişdir.
2016-08-25
24 avqust 2016-cı il tarixdə Babək rayonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın iş planına uyğun olaraq dövlət qulluqçularının etik davranış qaydaları, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və dövlət orqanlarında kargüzarlığın aparılması qaydaları mövzularında seminar keçirilmişdir. Seminarda İcra Hakimiyyəti başçısının aparatında, mərkəzi icra hakimiyyəti orqanlarının Babək rayonunda yerləşən qurumlarında və Babək Rayon Məhkəməsində inzibati vəzifə tutan 95 dövlət qulluqçusu iştirak etmişdir. Ətraflı...
“Dövlət orqanlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydaları” mövzusunda seminar keçirilmişdir
2016-08-15
12 avqust 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 53 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Dövlət orqanlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydaları” mövzusunda seminar keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirmişdir ki, Ətraflı...
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Namizədlərin nəzərinə

Faydalı keçidlər



Sayğac
Online 2
Dünən 382
Bu gün 176
Ümumi 90646

Başlanma tarixi: 01 fevral 2018



Untitled Document


Untitled Document
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2018 © Bütün hüquqlar qorunur.   Yuxarı