Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
DQMK
XƏBƏRLƏR VƏ ELANLAR:

Gömrük orqanlarında xidmətə qəbul olmaq istəyənlərin nəzərinə!
2018-03-06
     Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən gömrük orqanlarında xidmətə qəbul olmaq istəyən şəxslər üçün 10-11 mart 2018-ci il tarixlərində sınaq imtahanı keçiriləcəkdir.
     Sınaq imtahanı test imtahanı proqramına uyğun olacaqdır. Siz sınaq imtahanında iştirak etməklə güclü və zəif tərəflərinizi müəyyən edə bilərsiniz.
  Sınaq imtahanında iştirak etmək üçün namizədlər 30    manat məbləği Komissiyanın "Naxçıvanbank" ASC-dəki bank hesabına ödəməli və 9 mart 2018-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gələrək Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatı üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün MÜSABİQƏ ELAN EDİR!
2018-03-05
Müsabiqədə iştirak etmək istəyən şəxslər 5 mart 2018-ci il tarixdən 5 aprel 2018-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında (www.dqmk.nmr.az) elektron xidmətlər bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Namizədlər elektron ərizəni təsdiq etmək məqsədilə test imtahanında iştirak üçün qanunvericilikdə müəyyən Ardını oxu...

Vergi orqanlarında xidmətə qəbul olmaq istəyənlərin nəzərinə!
2018-02-21
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında vergi orqanlarında xidmətə qəbul üçün hazırlıq kursları təşkil olunacaqdır.
Hazırlıq kursunda ixtisas üzrə dərslər NDU-nun müəllimi, Naxçıvan MR Vergilər Nazirliyinin əməkdaşı, "Vergi Məcəlləsinin xüsusi hissəsinin praktiki izahı" adlı dərs vəsaitinin müəllifi İsmayıl Bağırov tərəfindən, məntiq isə “İstedad-XXI əsr” hazırlıq kurslarından cəlb olunmuş mütəxəssis tərəfindən aparılacaqdır.
Vergi orqanlarına xidmətə qəbul üçün hazırlıq kursu 2 ay davam edəcək və kurslar test imtahanı proqramına Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya xidmətində vakant vəzifələrin tutulması üçün test imtahanı keçirilmişdir.
2018-02-21
20 fevral 2018-ci il tarixindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya xidmətində vakant vəzifələrin tutulması üçün 15 dekabr 2017-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları keçirilir.
Müsabiqədə 11 vakant vəzifənin tutulması üçün Ardını oxu...

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə!
2018-02-13
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün 17-18 fevral 2018-ci il tarixdə sınaq imtahanı keçiriləcəkdir.
Sınaq imtahanı inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatına uyğun inzibati vəzifələrin tutulması üzrə test proqramını əhatə edəcəkdir.
Qeyd edək ki, sınaq imtahanında iştirak etmək üçün namizədlər 20 manat məbləği Komissiyanın "Naxçıvanbank" ASC-dəki bank hesabına ödəməli və 16 fevral 2018-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gələrək ödənişə dair qəbzi təqdim etməklə qeydiyyatdan Ardını oxu...

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 ...











     
                                   
Untitled Document

Untitled Document
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı