Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

DQMK
Komissiyanın inzibati binasında Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının I kurs tələbələri ilə görüş keçirilmişdir.
2016-10-21
19 oktyabr 2016-cı il tarixdə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli tələbələrə rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verərək bildirmişdir ki, Komissiya dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi Ətraflı...
Yeni müsabiqə elanı
2016-10-11
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 11 oktyabr 2016-cı il tarixdən 25 oktyabr 2016-cı il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında (www.dqmk.nmr.az) elektron xidmətlər bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Bundan başqa, qeydiyyatdan keçməklə bağlı çətinlik çəkən namizədlər Komissiyaya gəlməklə şəxsən müraciət edə bilərlər.
Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar. Ətraflı...
Dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi ilə bağlı keçirilən maarifləndirici seminarlara yekun vurulmuşdur.
2016-09-16
14 sentyabr 2016-cı il tarixdə Culfa rayonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın iş planına uyğun olaraq dövlət qulluqçularının etik davranış qaydaları, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və dövlət orqanlarında kargüzarlığın aparılması qaydaları mövzularında seminar keçirilmişdir. Seminarda İcra Hakimiyyəti başçısının aparatında, mərkəzi icra hakimiyyəti orqanlarının Culfa rayonunda yerləşən qurumlarında və Culfa Rayon Məhkəməsində inzibati vəzifə tutan 82 dövlət qulluqçusu iştirak etmişdir.
Seminarı Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Qasımov giriş sözü ilə açaraq keçirilən tədbirin əhəmiyyətindən danışmışdır. Ətraflı...
Komissiyanın iş planına uyğun olaraq Babək rayonunda dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi ilə bağlı maarifləndirici seminar keçirilmişdir.
2016-08-25
24 avqust 2016-cı il tarixdə Babək rayonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın iş planına uyğun olaraq dövlət qulluqçularının etik davranış qaydaları, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və dövlət orqanlarında kargüzarlığın aparılması qaydaları mövzularında seminar keçirilmişdir. Seminarda İcra Hakimiyyəti başçısının aparatında, mərkəzi icra hakimiyyəti orqanlarının Babək rayonunda yerləşən qurumlarında və Babək Rayon Məhkəməsində inzibati vəzifə tutan 95 dövlət qulluqçusu iştirak etmişdir. Ətraflı...
“Dövlət orqanlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydaları” mövzusunda seminar keçirilmişdir
2016-08-15
12 avqust 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 53 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Dövlət orqanlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydaları” mövzusunda seminar keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirmişdir ki, Ətraflı...
Dövlət statistika orqanlarına qəbul edilmiş dövlət qulluqçularının andiçmə mərasimi keçirilmişdir.
2016-08-08
Komissiya tərəfindən dövlət statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 6 iyun 2016-cı il tarixdə elan edilmiş müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində təntənəli andiçmə mərasimi keçirilmişdir. 5 avqust 2016-cı il tarixdə Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 6 iyun 2016-cı il tarixdə elan edilmiş müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının təntənəli andiçmə mərasimi Ətraflı...
Komissiyada 2016-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir
2016-08-02
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2016-cı ilin birinci yarısında fəaliyyətini gücləndirib, qanunvericilikdən, əsasnamədən və iş planından irəli gələn vəzifələri icra edib. Hesabat dövründə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, 4 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 4 qərarı ləğv etdirilib. Ətraflı...
Namizədlərin nəzərinə!
2016-07-05
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 6 iyun 2016-cı il tarixdə elan edilmiş müsabiqənin test imtahanlarından uğur qazanmış namizədlərin müsahibədə iştirak etmələri üçün tələb olunan sənədlər.

Test imtahanından müvəffəqiyyətlə keçmiş namizədlər müsahibə mərhələsində iştirak etmək üçün 5 iyul 2016-cı il tarixdən 10 gün müddətində aşağıdakı sənədləri Komissiyaya təqdim etməlidirlər: Ətraflı...
Dövlət qulluqçularının təntənəli andiçmə mərasimi keçirilmişdir.
2016-06-14
14 iyun 2016-cı il tarixdə Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin altıncı-yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 20 fevral 2016-cı il tarixdə elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının təntənəli andiçmə mərasimi keçirilmişdir.
Ətraflı...
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online 3
Dünən 322
Bu gün 121
Ümumi 30246
IP 54.80.189.255

Başlanma tarixi: 01 fevral 2018



Untitled Document
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.   Yuxarı
#333