Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə əlaqə Qəbul günləri
Dövlətçiliyimiz


Aktual keçidlər

Komissiya haqqında ümumi məlumat

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə öz dövlət müstəqilliyini və suverenliyini elan etdi. Lakin müstəqilliyimizin ilk illərində gərgin sosial-iqtisadi vəziyyət, hakimiyyətsizliyin mövcudluğu dövlət idarəçiliyinin əsaslarının dağılmasına gətirib çıxardı.

Məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ictimai-siyasi sabitlik bərqərar edildi, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırıldı və ölkə sabit inkişaf yoluna çıxarıldı. Ulu öndərimizin təşəbbüsü və müəllifliyi ilə hazırlanan ilk milli Konstitusiya müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynadı. Dövlət idarəetməsində köklü islahatların aparılması mühüm əhəmiyyət kəsb etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 1998-ci il dekabrın 29-da “Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” Fərman imzalanmışdır. Komissiya dövlət quruculuğunun inkişaf etdirilməsi, dövlət idarəetmə (o cümlədən dövlət qulluğu) sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi, habelə yeni normativ hüquqi aktların işlənib hazırlanması sahəsində mühüm işlər görmüşdür.

Dövlət qulluğunun səmərəliliyinin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin, maddi müstəqilliyinin təmin edilməsi və eyni zamanda məsuliyyətlərinin artırılması üçün 2000-ci il iyulun 21-də respublikamızda ilk dəfə olaraq “Dövlət qulluğu haqqında” qanun qəbul edilmişdir. Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində qəbul olunmuş ilk qanunun çox böyük əhəmiyyəti olmuşdur. Belə ki, qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur.

Dövlət qulluğu sahəsində aparılan islahatlar bu sahəni tənzimləyən ixtisaslaşdırılmış orqanın yaradılmasını zəruri edirdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 22 aprel tarixli 118-III FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmış, Ali Məclis Sədrinin 2008-ci il 28 aprel tarixli 119-III FR nömrəli Fərmanı ilə Komissiyanın Əsasnaməsi təsdiq olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Ali Məclis Sədrinin 2017-ci il 7 iyul tarixli 69-V FR nömrəli Fərmanı ilə Komissiyanın yeni Əsasnaməsi qəbul olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların Naxçıvan Muxtar Respublikasında tətbiqini təşkil edən, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarət edilməsi, dövlət qulluqçularının əlavə təhsili və sosial müdafiəsi sahəsində, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlər barədə qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Mərkəzi icra hakimiyyəti orqanı kimi Komissiya dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması sahəsində təkliflər hazırlayır, dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün tələb olunan normativ hüquqi aktların layihələrini hazırlayır, dövlət qulluqçularının peşə hazırlığı və əlavə təhsili sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, bu sahədə işlərin vəziyyətini təhlil edir və təkliflər hazırlayır, müvafiq sahədə kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür, dövlət qulluqçularının reyestrini təkmilləşdirir və ondan səmərəli istifadə olunmasını təmin edir.

Bundan başqa, Komissiya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün, eləcə də prokurorluq, daxili işlər, ədliyyə, fövqəladə hallar, miqrasiya, gömrük, vergi və dövlət qulluğunun xüsusi növünə aid olan digər orqanlarda vətəndaşların qulluğa qəbul edilməsi üçün test imtahanlarını keçirir, imtahanlarda şəffaflığı təmin edir, həmçinin dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət edir və etik davranış qaydaları haqqında qanunvericiliyin tətbiqi ilə bağlı məsələləri əlaqələndirir.

Komissiya 22 noyabr 2010-cu il tarixdə Naxçıvan şəhərində fəaliyyətə başlamışdır. 14 iyul 2011-ci il tarixdə - ulu öndərimizin Azərbaycanda ali hakimiyyətə gəlməsinin 42-ci il dönümü günündə Komissiya üçün yeni inzibati binanın açılışı olmuşdur. Komissiya Naxçıvan şəhəri, C. Məmmədquluzadə küçəsi 23 ünvanında yerləşir.



Namizədlərin nəzərinə

Faydalı keçidlər



Sayğac
Online 5
Dünən 382
Bu gün 156
Ümumi 90626

Başlanma tarixi: 01 fevral 2018




Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2018 © Bütün hüquqlar qorunur.   Yuxarı