Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Komissiya sədrinin müavini - Ümid Bahaddin oğlu Qurbanov

 

28 mart 1983-cü ildə Şərur rayonunun Qışlaqabbas kəndində anadan olmuşdur.

2006-cı ildə Naxçıvan Dövlət Universitetini Jurnalistika ixtisası üzrə bitirmişdir.

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir.

2006-2007-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

2008-2010-cu illərdə Şərur Rayon Statistika İdarəsində aparıcı məsləhətçi vəzifəsində işləmişdir.

2010-2016-cı illərdə Şərur Rayon İcra Hakimiyyətində baş məsləhətçi və sektor müdiri vəzifələrində işləmişdir.

2016-2017-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri vəzifəsində işləmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 8 iyul tarixli 150-05/S nömrəli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

Evlidir, iki övladı var.





Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı