Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsi

Əlaqə telefonu: (036) 545 65 71



Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində vakant
hakim köməkçisi vəzifəsi üzrə zəruri biliklərə dair

MÜSAHİBƏ PROQRAMI

1. Hüquq anlayışı:
  • Hüququn anlayışı, mahiyyəti, ona təsir edən amillər (sosial, iqtisadi, mənəvi, dini,siyasi ve s.). Hüquq haqqında əsas nəzəriyyələr. Hüququn funksiyaları. Əsas hüquq sistemleri.
  • 2. Hüquq mənbələri:
  • Hüquq mənbələrinin anlayışı ve təsnifatı. Hüquqi adət. Məhkəmə presedenti.Normativ-hüquqi akt. Hüquqi doktrina. Müqavilə.
  • 3. Hüquq prinsipləri:
  • Hüquq prinsiplərinin anlayışı, əhəmiyyəti, təsnifatı.
  • 4. Hüquq normalarının anlayışı və onların tətbiqi prosesləri:
  • Hüquq normalarının anlayışı, əlamətləri, növləri. Hüquq normalarının məntiqi quruluşu. Hüquqi və qeyri-hüquqi normaların fərqi. Hüququn realizəsi və onun formaları. Hüququn tətbiqi anlayışı və onun mərhələləri. Hüquq tətbiqetmə aktları. Hüquq normalarının təfsirinin anlayışı ve növləri (rəsmi və qeyri-rəsmi təfsir).
  • 5. Hüquq sistemi:
  • Hüquq sisteminin anlayışı və strukturu. Hüquq sahəsinin, institutlarının anlayışı,təsnifatı. Hüququn sahələrə bölünməsinin meyarları. Hüquqi tənzimləməninpredmeti və metodu. Milli və beynəlxalq hüquq.
  • 6. Hüquq məsuliyyəti:
  • Hüquq pozuntusunun anlayışı və əlamətləri. Hüquqpozmanın tərkibi. Hüquq məsuliyyətinin anlayışı, əlamətləri, növləri. Hüquq  məsuliyyətinə cəlb edilmənin və hüquq məsuliyyətinden azad edilmənin əsasları.
  • 7. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu.
    8. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunu üzrə:
  • Məhkəmələr. Hakimlərin statusu. Hakimlərin səlahiyyətləri. Hakimlərin müstəqilliyi. Keçid müddəaları.
  • 9. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi üzrə:
  • Cinayət qanunu. Cinayət haqqında. Cəza haqqında. Cinayət məsuliyyətindən və cəzadan azadetmə. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti.Cinayəthüquqi xarakterli digər tədbirlər (Tibbi xarakterli məcburi tədbirlər, xususi müsadirə, hüquqi şəxslər barəsində tətbiq olunan cinayət-hüquqi tədbirlər).
  • 10. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi üzrə:
  • Cinayət-prosessual qanunvericiliyi. Cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri. Cinayət təqibi. Cinayət təqibi üzrə icraatın aparılması. Bəraət qazanma (reabilitasiya). Vurulmuş ziyanın ödənilməsi. Prosessual qərarların məcburiliyi. Məhkəmə və cinayət prosesində iştirak edən şəxslər. Cinayət prosesində etirazlar. Sübutlar ve sübutetmə. Cinayət prosesində digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi.Cinayət mühakimə icraatında əmlak məsələləri. Cinayət mühakimə icraatı zamanı konfidensiallıq və müddət məsələləri. Cinayətişlərinə, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara ve xüsusi ittihamqaydasında şikayətlərə ilkin baxılması. Məhkəmə baxışının ümumi şərtləri. Məhkəmə baxışının açılışı. Məhkəmə istintaqı. Məhkəmə çıxışları ve təqsirləndirilən şəxsin son sözü. Yekun məhkəmə qərarının çıxarılması.Apellyasiya və kassasiya instansiyaları məhkəmələrində icraat (məhkəmələrin hökm və qərarlarına kassasiya qaydasında yenidən baxılması) xüsusi icraatlar (hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat).
  • 11. Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə:
  • Əsas müddəalar. Əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində ümumi hüquqi təminatlar. Əmək müqaviləsinin bağlanması əsasları və qaydası. Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları. Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları. İş vaxtının növləri və tənzimlənməsi qaydaları. İstirahət vaxtı. Məzuniyyət hüququ ve onun təmin edilməsi.
  • 12. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi üzrə:
  • Cəzaların icrası qanunvericiliyinin əsas müddəaları. Məhkumların hüquqi vəziyyəti. Cəzanı icra edən müəssisə və orqanlar, onların fəaliyyətinə nəzarət. Məhkumun cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaların icrası. Müəyyən müddətəazadlıqdan məhrum etmə ve ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrası. Yetkinlik yaşına çatmayan məhkumların azadlıqdan məhrum etmə növündə cəza çəkməsinin xüsusiyyətləri. Əlavə cazaların icrası. Cəza çəkməkdən azad etmənin əsasları və qaydaları. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası, onlara yardım göstərilməsi və nəzarət edilməsi. Şərti məhkum edilmiş şəxslər üzərində nəzarət.
  • 13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi üzrə:
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsinin məqsəd və vəzifələri. Fiziki şəxslər. Hüquqi şəxs anlayışı və onun növləri.Hüquqi şəxsin hüquq qabiliyyəti. Müqavilə anlayışı və şərtləri.
  • Ədəbiyyat:

    1. Əsgərov 2.A., Nəsirov E.H., İsmayılov M.1., Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları, Bakı, 2005
    2. Məmmədov İ., Dövlət və hüquq nəzəriyyəsi (2 cilddə), Bakı, 2005
    3. Xropanyuk V.N., Dövlət və hüquq nəzəriyyəsi (Azərbaycan dilinə tərcümə), Bakı, 1993
    4. Həsənov E.M., Azərbaycanın dövlət və hüququnun əsasları, Azərnəşr, Bakı, 2009
    5."Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu. 21dekabr 2010-cu il, № 21-IVKQ
    6. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunu. 10 iyun 1997-ciil, № 310-lQ
    7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. 30 dekabr 1999-cu il
    8.Azərbaycan Respublikasının Əmək Məcəlləsi. 1 fevral 1999-cu il
    9.Azerbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi. 14 iyul 2000-ci il
    10.Azerbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi. 14 iyul 2000-ci il
    11.Azərbaycan Respublikasının Mülki Məcəlləsi.  28 dekabr 1999-cu il
    12.www.e-qanun.az