Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsi

Əlaqə telefonu: (036) 545 65 71



Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin
Kəngərli Rayon İdarəsində vakant məsləhətçi vəzifəsi üzrə zəruri biliklərə dair

MÜSAHİBƏ PROQRAMI

  1. Azərbaycan Respublikasının vahid torpaq fondu
  2. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti
  3. Torpaq üzərində hüquqlar
  4. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi
  5. Torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması
  6. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının məhdudlaşdırılması və  xitamı
  7. Torpaq sahələri  üzərində hüquqların dövlət qeydiyyatı
  8. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları və vəzifələri
  9. Torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət
  10.  Yerquruluşunun vəzifələri
  11.  Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri
  12.  Daşınmaz əmlakın dövlət reyestri haqqında qanun
  13.  Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları
  14. Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qaydaları
  15.  Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektinə ünvan verilməsi qaydaları
  16.  Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirləri haqqında
  17. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların  məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi

 

 

Ədəbiyyat:

  1. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
  2. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli 155-IQ nömrəli Qanunu
  3. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının 11 dekabr 1998-ci il tarixli 587-IQ nömrəli Qanunu
  4. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
  5. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 iyun tarixli 160-IIQ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu
  6. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 20 aprel tarixli 987-IIIQ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu
  7. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 dekabr tarixli 593-IQ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu
  8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
  9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında” Əsasnamə
  10. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 iyun tarixli 713-IIQ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu”>
  11. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 iyul 2015-ci il tarixli Fərmanı
  12. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”
  13. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat
  14. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları