Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsi

Əlaqə telefonu: (036) 545 65 71



Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu. Kəngərli rayon şöbəsi.
Maliyyə-uçot sektorunda vakant məsləhətçi-mühasib vəzifəsi üzrə zəruri biliklərə dair

MÜSAHİBƏ PROQRAMI


1. Bazar iqtisadiyyatı: bazar; məhsuldarlıq
2. Makroiqtisadiyyat: ümumi daxili məhsul və onun tərkibi; inflyasiya; iqtisadi artım; işsizlik; istehlak; investisiya.
3. Mikroiqtisadiyyat: firmanın məcmu gəliri; firmanın məcmu xərci; mənfəət.
4. Qiymət, tələb və təklif
5. Rəqabət və onun formaları: mükəmməl rəqabət; inhisar.
6. Vergi və vergitutma: vergitutmanın prinsipləri; vergi sistemi və onun quruluşu (əmək haqqı vergiləri, sosial sığorta ödənişləri və s.).
7. Dövlət (hökumət) xərcləri: dövlət xərclərinin tərkibi; büdcə kəsiri (defisiti); büdcə profisiti (artıqlığı).
8. Əhali gəlirləri: əmək haqqı; yoxsulluq; məşğulluq.
9. Mühasibat uçotu
10.  Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqi
11.  Mühasibat yazılışlarının verilməsi
12.  Xəstəlik vərəqələrinin və müavinətlərin hesablanması
13.  Ezamiyyə xərclərinin hesablanması
14.  Məzuniyyət haqlarının hesablanması
15.  İşçilərlə hesablaşmalar
16.  İşçilərə hesablanan əmək haqqından və digər gəlirlərdən vergilərin tutulması, azadolmaların tətbiqi
17.  Büdcə ilə hesablaşmalar
18.  Xərclərin uçotunun aparılması və onlara nəzarət edilməsi
19.  Ciddi uçot blanklarından istifadə olunması
20.  İşçilərlə və təh-təl hesab şəxslərlə hesablaşmalar
21.  Xəzinə və bank sənədlərinin ilkin ödəniş sənədlərinə əsasən işlənməsi
22.  Mal və material qiymətlilərinin uçotunun təşkili və onun aparılması
23.  Debitor və kreditorlarla hesablaşmalar
24.  Məzuniyyət hesablanarkən nəzərə alınan və alınmayan gəlir növləri
25.  Dövlət büdcəsi layihəsinin tərtibi prosesi və büdcə təqvimi.


Ədəbiyyat:

  1. Ekonomiksin əsasları, Qriqori Mənkyu, 2007
  2. İqtisadi nəzəriyyə, T.S. Vəliyev, 1999
  3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu, 29 iyul 2004-ci il, №716-IIQ
  4. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Büdcə təşkilatları üçün Milli Mühasibat uçotu standartları”nın təsdiq edilməsi barədə 2009-cu il 13 yanvar tarixli İ-05 nömrəli əmri
  5. Mühasibat işi Normativ sənədlər toplusunda “Əsas vəsaitlərin uçotu”
  6. Mühasibat işi Normativ sənədlər toplusunda “Azqiymətli və tezköhnələn əşyaların uçotu”
  7. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Aktivlərin və öhdəliklərin inventarizasiyası qaydaları” haqqında 2013-cü il 16 iyul tarixli Q-17 nömrəli əmri
  8. “Azərbaycan Respublikası vahid büdcə təsnifatının  təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı
  9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş. həmçinin oğurlanmışvə ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsiatlərin söküntüsündən əldə edilən material qiymətlilərinin  satışı üzrə Qaydalar”ın təsdiq edilməsi  barədə 2004-cü il 06 noyabr tarixli 177 nömrəli Qərarı
  10.  Əsas vəsaitlərin köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə Təlimat
  11.  “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla  məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli Qərarı
  12.  "Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılması Qaydası" nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 25 avqust 1999-cu il  tarixli 137 nömrəli qərarı
  13. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “İşçilərin ezamiyyə qaydaları”nın təsdiq edilməsi"  haqqında 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli əmri
  14. “Ezamiyyə xərci normaları haqqında”Azərbaycan Rspublikası Nazirlər Kabinetinin             25 yanvar 2008-ci il tarixli 14nömrəli Qərarı 
  15.   Azərbaycan Respublikasının Əmək Məcəlləsi, 1 fevral 1999-cu il
  16.   “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 2 iyul tarixli 358-IIQ nömrəli Qanunu