Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsi

Əlaqə telefonu: (036) 545 65 71



Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində
Ətraf mühit və təbii sərvətlərdən istifadəyə dövlət nəzarəti şöbəsində
Ordubad rayonu üzrə vakant məsləhətçi vəzifəsi
üzrə zəruri biliklərə dair

MÜSAHİBƏ PROQRAMI

1. Ətraf mühitin mühafizəsinin əsas prinsipləri
2. Ərazi ekologiya və təbii sərvətlər şöbəsinin vəzifə, funksiyası və hüquqları.
3. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan İnzibati Xətalar
4. Yaşıllıqların götürülməsi qaydası
5. Ətraf mühitə insan sağlamlığına mənfi  təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları
6. Ekoloji qanunvericiliyin tələblərinin pozulması və məsuliyyət
7.  «İstehsalat və məişət tullantıları haqqında» Azərbaycan Respublikası Qanununun məqsədi;
8. Tullantıların yerləşdirilməsinə tələblər;
9. Tullantıların emalı yerlərinə olan tələblər;
10. Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarəti
11. Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi;
12. Atmosfer havasının mühafizəsi sahəsində hüquqi və fiziki şəxslərin hüquqları;
13. Atmosfer havasının mühafizəsi sahəsində dövlətin vəzifələri;
14. Ekoloji təhlükəsizlik sahəsində dövlətin hüquqları və vəzifələri.
15. Ordubad rayonunda təbii mühitdə qızıl xallı (farel) balıq növü hansı çaylarda möcuddur.



Ədəbiyyat:

1. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunu. 8 iyun 1999-cu il, № 678-IQ
2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytı (www.eco.gov.az)
3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, 01 sentyabr 2000-ci il     (son dəyişikliklərlə bərabər
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları haqqında”
5. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 08 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf Mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”
6. «İstehsalat və məişət tullantıları haqqında» Azərbaycan Respublikasının Qanunu. 30 iyun 1998-ci il, № 514-İQ və «İstehsalat və məişət tullantıları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Qanunu. 22 may 2007-ci li, № 341-IIIQD
7. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 2001-ci il, № 109-IIQ
8. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunu. 8 iyun 1999-cu il, № 677-IQ