Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsi

Əlaqə telefonu: (036) 545 65 71



Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində vakant hakim köməkçisi
vəzifəsi üzrə zəruri biliklərə dair

MÜSAHİBƏ PROQRAMI

  1. Hüquq anlayışı:
    • Hüququn anlayışı, mahiyyəti, ona təsir edən amillər (sosial, iqtisadi, mənəvi, dini, siyasi və s.). Hüquq haqqında əsas nəzəriyyələr.
  2. Hüquq mənbələri:
    • Hüquq mənbələrinin anlayışı və təsnifatı, hüquqi adət, məhkəmə presedenti.
  3. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu
  4. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu
  5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi üzrə:
    • Mülki hüquq sahəsində qanunvericilik, mülki hüquq və vəzifələr, onların müdafiəsi, şəxslər, əqdlər, müddətlər.  
  6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi üzrə:
    • Əsas qaydalar, məhkəmənin tərkibi, etirazlar, məhkəmə aidiyyatı, işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları, məhkəmədə nümayəndəlik.
  7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi üzrə:
    • İnzibati mübahisələrin məhkəmə aidiyyəti, iddianın növləri, İddia müddəti
  8. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu üzrə:
    • Qanunun məqsədi, inzibati icraatın başlanılması üçün əsaslar, icraatın müddəti.
  9.  “Məhkəmələrdə kargüzarlığın aparılmasına dair Təlimat” üzrə:
    • Sənədlərin hazırlanması və rəsmiləşdirilməsi, inzibati mübahisələr üzrə kargüzarlıq hərəkətləri və s.
  10.   Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə:
    • Əsas müddəalar, əmək müqaviləsinin tərəflərinin əsas hüquqları və vəzifələri, əmək müqaviləsinin bağlanması əsasları və qaydası, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları, istirahət vaxtı, məzuniyyət hüququ və onun təmin edilməsi.

Ədəbiyyat:

  1. Əsgərov Z.A., Nəsirov E.H., İsmayılov M.İ., Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları, Bakı, 2005
  2. Məmmədov İ., Dövlət və hüquq nəzəriyyəsi (2 cilddə), Bakı, 2005
  3.  “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu. 21 dekabr 2010-cu il, № 21-IVKQ
  4. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu. 10 iyun 1997-ci il, № 310-IQ
  5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 28 dekabr 1999-cu il
  6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. 28 dekabr 1999-cu il
  7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi. 30 iyun 2009-cu il
  8. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu 21 oktyabr 2005-ci il
  9. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. 1 fevral 1999-cu il
  10.  “Məhkəmələrdə kargüzarlığın aparılmasına dair Təlimat” 30 avqust 2007-ci il
  11. www.e-qanun.az