Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Naxçıvan MR Dövlət Miqrasiya orqanlarında vakant vəzifələrin tutulması üçün test imtahanı keçirilmişdir.

2012-09-12

5-6 noyabr 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya orqanlarında vakant vəzifələrin tutulması üçün test imtahanı keçirilmişdir. İmtahanda namizədlərə ixtisas üzrə 50, məntiqi təfəkkürün yoxlanılması üzrə 20, kompüter biliklərinin yoxlanılması üzrə 10, Azərbaycan Respublikası Konstitusiyası, Naxçıvan Muxtar Respublikası Konstitusiyası, Tarix və Coğrafiya üzrə 20 sual olmaqla 100 sual təqdim edilmişdir. İmtahan Komissiyanın "Test mərkəzi" ndə elektron formada keçirilmişdir. İmtahanlarda 63 nəfər namizəd iştirak etmişdir. İmtahanlara Komissiyanın, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları nəzarət etmişdir. İmtahanlar şəffaflıq və obyektivlik şəraitində keçirilmişdir, namizədlər öz bilik və bacarıqlarını sərbəst şəkildə nümayiş etdirmişdir. Test imtahanında keçid balını toplamış namizədlər növbəti mərhələdə iştirak etmək hüququ qazanmışdır.
Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.