Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

“Naxçıvan Muxtar Respublikasının birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ikinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri” və “Dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması” mövzularında seminar keçirilmişdir.

2018-01-24

23 yanvar 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 45 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasının birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ikinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri” və “Dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması” mövzularında seminar keçirilmişdir.
Seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 07 iyul tarixli 70-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın 2.5-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 11 yanvar tarixli 4 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ikinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri” təsdiq edilmişdir. Bugünkü seminarın məqsədi vakant dövlət qulluğu vəzifələrinin tutulması şərtləri və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanmasının yeni qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılması və bu işin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin təmin edilməsidir.
İsmayıl Qəribli qeyd etmişdir ki, vəzifə təlimatları dövlət qulluqçusunun tutduğu vəzifənin funksiyalarının təsvir edilməsi üçün tərtib edilir. Dövlət qulluqçusu fəaliyyətini vəzifə təlimatlarının tələblərinə uyğun olaraq həyata keçirməlidir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən vəzifə təlimatlarında hər hansı əlavə və dəyişiklik olduqda, dövlət orqanı bu barədə məlumatları bir ay müddətində Komissiyaya təqdim etməlidir.
İsmayıl Qəribli bildirmişdir ki, bəzi hallarda dövlət orqanları tərəfindən vəzifə təlimatları hazırlanarkən həmin vəzifəyə dair ixtisas və staj tələbləri dəqiq müəyyən edilmir. Bu da bəzən müsabiqələrin müsahibə mərhələsində uğur qazanmış şəxslərin vəzifəyə təyini zamanı mübahisə və anlaşılmazlıqlara səbəb olur. Ona görə də müvafiq dövlət qulluğu vəzifələrinin qulluq funksiyaları təhlil edilməklə ixtisas tələbləri müəyyənləşdirməlidir.
Seminarda Komissiyanın sektor müdiri Türkan Gülməmmədli tərəfindən bildirilmişdir ki, vəzifə təlimatı kadrların idarə edilməsi sisteminin müxtəlif fəaliyyətlərində istifadə edilən vacib elementdir. Vəzifə təlimatları qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanır və dövlət orqanı rəhbərinin əmri ilə təsdiq olunur. Dövlət qulluqçusu vəzifə təlimatlarında nəzərdə tutulmuş şərtlərə cavab verməli və səlahiyyətlərini vəzifə təlimatlarına uyğun həyata keçirməlidir. Vəzifə təlimatları hazırlanarkən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq olunmuş “İnzibati vəzifələrin ikinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”ndə göstərilmiş tələblərə riayət olunmalıdır.
Keçirilən seminarda mövzularla bağlı slaydlar nümayiş olunmuşdur. Sonda seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online 3
Dünən 322
Bu gün 123
Ümumi 30248
IP 54.80.189.255

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.