Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

“Ümummilli lider Heydər Əliyevin milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyası və dövlət qulluqçuları qarşısında duran vəzifələr” mövzusunda maarifləndirici seminar keçirilmişdir.

2018-02-01

31 yanvar 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən “Ümummilli lider Heydər Əliyevin milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyası və dövlət qulluqçuları qarşısında duran vəzifələr” mövzusunda seminar keçirilmişdir. Seminarda Komissiya tərəfindən keçirilmiş sonuncu müsabiqədə uğur qazanaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, habelə məhkəmələrdə inzibati vəzifələrə təyin olunmuş 167 dövlət qulluqçusu iştirak etmişdir.
Seminarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin müavini Ümid Qurbanov giriş sözü ilə açaraq bildirmişdir ki, ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə gəlişi ilə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində daha geniş islahatlar həyata keçirilmişdir. Ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da davamlı tərəqqiyə və yüksəlişə doğru aparan uğurlu iqtisadi siyasət bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsinin inkişafı üçün də əlverişli imkanlar yaratmışdır. Dövlət orqanları üçün ən müasir standartlara cavab verən yeni inzibati binaların tikilməsi və maddi-texniki bazanın gücləndirilməsi, dövlət qulluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması, işində fərqlənən dövlət qulluqçularının təltif edilməsi muxtar respublika rəhbərinin dövlət qulluğu sahəsinə hərtərəfli diqqət və qayğısının bariz nümunəsdir. Hazırda muxtar respublikamızda vətəndaşların dövlət qulluğuna müsabiqə və şəffaflıq əsasında qəbulu üçün hər cür şərait yaradılmışdır.
Ümid Qurbanov çıxışında onu da qeyd etmişdir ki, dövlət qulluqçusu statusuna malik olan hər bir şəxsin üzərinə mühüm vəzifələr düşür. Belə ki, dövlət qulluqçusu Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə daim sədaqət nümayiş etdirməli, qanunvericiliyi dərindən öyrənməli, tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlmək üçün səy göstərməlidir. Bununla yanaşı, hər bir dövlət qulluqçusu “Etik davranış qaydaları haqqında” Qanununun tələblərinə əməl etməli, qanununun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını rəhbər tutmalıdır.
Seminarda Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı çıxış edərək dövlət qulluqçularına ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyasının prioritet istiqamətləri və dövlət qulluqçularının üzərinə düşən vəzifələr haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşdırılması ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, milli kadrların yetişdirilməsi, Azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Sonra Komissiyanın şöbə müdiri Samiq Salayev dövlət qulluqçularının etik davranış qaydalarından danışaraq bildirmişdir ki, hər bir dövlət qulluqçusu öz vəzifələrini səmərəli şəkildə yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməli, dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. O, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.
Keçirilən seminarda mövzu ilə bağlı slaydlar nümayiş olunmuşdur. Sonda seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online 2
Dünən 322
Bu gün 122
Ümumi 30247
IP 54.80.189.255

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.