Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
DQMK

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük xidmətində vakant vəzifələrin tutulması üçün test imtahanı keçirilmişdir.

2018-04-02

     29-30 mart 2018-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük xidmətində vakant vəzifələrin tutulması üçün 25 yanvar 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları keçirilmişdir.
     Müsabiqəyə çıxarılan vakant vəzifələrin tutulması üçün 117 namizəd sənəd təqdim etmiş, onlardan 115-i test imtahanında iştirak etmişdir (Nəticələrə buradan baxa bilərsiniz). Test imtahanlarında keçid balını toplamış 15 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır. İmtahan başlanmamışdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilmişdir. İmtahanda namizədlərə qanunvericilik üzrə 80, informasiya texnologiyaları üzrə 10, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla 100 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün namizədlərə 2 saat vaxt verilmişdir. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir. Test imtahanında Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin əməkdaşları müşahidəçi kimi iştirak etmişlər.
  Test imtahanlarının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı